234
loidləri, qlükozidlər, piril -α metileton – C
6
H
7
ON və s.
birləşmələri aşkar edilmişdir.
Pişikotu köklərindən alınan preparatlar müasir təbabət-
də müxtəlif sinir sistemi xəstəliklərində, ürək-damar sis-
teminin nevrozunda, yuxusuzluğu aradan qaldıran, ürəyin fə-
aliyyətini artıran, eləcə də epilepsiyada qıcolmanın qarşısını
alan vasitə kimi işlədilir. Pişikotunun dəmləməsi, tinkturası,
qatı ekstraktı elmi təbabətdə geniş istifadə olunur. Bundan
əlavə, kompleks ürək dərmanlarının tərkibinə də daxil
edilmişdir. Pişikotu köklərindən hazırlanan preparatlar eyni
zamanda sakitləşdirici, mədə və köpmənin qarşısını alan
dərman yığıntılarının tərkibində də istifadə olunur. Xalq
təbabətində pişikotu köklərindən çay dəmlənib ürək
ağrılarında, ürəkgetmələrdə sakitləşdirici vasitə kimi, eləcə
də mədə-bağırsaq ağrılarında spazmanı aradan qaldıran
dərman kimi qəbul edilir.
Pişikotundan kosmetikada da geniş səpgidə istifadə
edilir. Lakin daha çox antibakterial və sakitləşdirici vasitə
kimi, habelə əsəb pozğunluqları zamanı dəridə baş verən
səpgi, ekzema, gicişmə, irinli yaraların müalicəsində işlədi-
lir. Pişikotundan dermatologiya sahəsində də geniş istifadə
edilir.