Müalicə yovşanı. Müalicə yovşanının gövdəsi budaq-
lanan olub, sıx yarpaqlarla örtülmüşdür. Yaşılımtıl-sarı
rəngli çiçəkləri süpürgə əmələ gətirir. Tərkibində limon iyli
efir yağı, abrotonin alkoloidi, qətran, aşı, flavanoid və s.
maddələr vardır. Cavan zoğlarından alınan efir yağından
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
236
qənnadı və likör məmulatlarına xoş iy və dad verilmək üçün
istifadə olunur. Bundan hazırlanmış cövhər və prepa-
ratlardan qan azlığında və eləcə də xənazir xəstəliklərinin
müalicəsində istifadə edilir.
Yeyinti məqsədləri üçün müalicə yovşanının yarpağı,
çiçəyi və gövdəsindən hazırlanmış ədviyyədən sirkə, sous
(xörək şirəsi), şorba, cövhər, şərab, ət, balıq və s. qida mə-
mulatlarının tərkibinə daxil edirlər. Bu məqsədlər üçün onun
cavan yarpaq, çiçək və qönçələrini toplayıb kölgədə qurudur,
narın toz halına salaraq ağızlan kip bağlanmış qablara
doldurub, quru və sərin yerdə saxlayır, yeri gəldikcə istifadə
edirlər).
İstər xörəklərin, istərsə də ət məhsullarının tərkiblərinə
cüzi miqdarda yovşandan hazırlanmış cövhər əlavə edib,
xarab olmadan uzun müddət saxlayırlar.
Xalq təbabətində yovşanın may ayında toplanmış his-
sələrini qaynatmaqla əldə olunmuş məlhəm titrətmə, sarılıq,
qaraciyər, sidik, dalaq, yuxusuzluq, ürəkgetmə, qusma, ishal,
təngnəfəslik, bədən boşluğuna yığılmış mayelərin və bir sıra
bağırsaq xəstəliklərinin müalicəsində geniş tətbiq olunur.
Elmi təbabətdə yovşanı halen preparatlarının tərkibinə daxil
edərək, qüvvətləndirici, iştahgətirici, həzmyaxşılaşdırıcı
vasitə kimi istifadə edirlər.
Müasir xalq təbabətində acı yovşandan mədə pozğun-
luqlarının aradan qaldırılmasında, qəbzlikdə, qızdırmada,
ürəkgetmədə, qadın xəstəliklərində, qanazlığında, öd kisəsi
xəstəliklərində, vətərlərin genişləndirilməsində, yuxu-
suzluqda və eləcə də piyləmə əleyhinə istifadə edirlər.
Azərbaycan xalq təbabətində isə yovşanın yarpaq,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|