PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
240
Gicitkən
Gicitkən çox qiymətli yem bitkisi sayılır. Onun qarğı-
dalı, sorqo, çovdar, vələmir, çuğundur, kartof, ot ilə birlikdə
hazırlanmış silosu yüksək keyfiyyətə malikdir.
Gicitkən yarpaqlarının tərkibində C vitamininin miq-
darı qarağat, kartof, kök və əvəlikdən çoxdur. Bitkinin tər-
kibi insan orqanizmi üçün çox qiymətli bioloji-aktiv maddə-
lərlə zəngindir. Qida bitkisi kimi mühüm xüsusiyyətlərə
malik olub, paxlalı bitkilərdən heç də geri qalmır.
Yarpaqlarının tərkibi çoxlu miqdarda üzvi turşular, B,
B2 və K vitaminləri, mikroelementlər, aşı və fitonsid maddə-
lərlə zəngindir. Onların tərkibində 200 mq%-ə qədər C
vitamini vardır ki, bu da limondakından 2,5, albalıdakından
7, kartof və almadakından isə 10 dəfə çoxdur. Karotinin
miqdarı 50 mq%-dir.
Tədqiqatlar göstərmişdir ki, 100 q qurudulmuş gicitkə-
nin tərkibində 41 mq% Fe, 1,3 mq% Cu, 8,2 mq% Mn, 4,3
mq% B, 2,7 mq% Ti, 0,03 mq% Ni, 8,8 mq% xlorofil,
20,8% protein, 2,5% sitosterin tərkibli yağ, 18% sellüloza,
3,07% azotsuz şirə və s. vardır.
Gicitkən çox qədim zamanlardan başlayaraq müasir
dövrədək tərəvəz bitkisi kimi yeyilir. Ondan hazırlanan şi,
sup, salatlar nəinki dadlı, həm də orqanizm üçün çox fayda-
lıdır.
Hazırda bitkinin cavan yarpaq və zoğlarını erkən yazda
toplayıb, kətə, qutab, borş, sup, salat və s. hazırlanmasında
geniş istifadə edirlər. Cavan zoğlarını duza və turşuya qoyur,
yeri gəldikdə süfrəyə qoyub iştahgətirici ədviyyə kimi
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|