247
preparatlar baş ağrılarında, baş gicəllənməsində, antiseptik,
raxit, bronxial astma, qanazlığında, qadın xəstəliklərində,
şirəsi isə xanazır, ateroskleroz, konçerqon əleyhinə işlədilir,
sinə və ödqovucu ətirli vannalar hazırlanır.
Qaraçay-Çərkəz vilayətində çəmən yoncasının sulu-
spirtli cövhərindən vərəm, qadın xəstəlikləri, qrija, Komi
vilayətində cövhərindən hipertoniya, baş ağrısında və s. xəs-
təliklərin müalicəsində istifadə edilir.
Bitki çiçəkləyən zaman başcıqlarını toplayır, xəstə
adamlara çay kimi içirdirlər. Onun kiçik hissələrə doğranmış
başcıqlarından sup xörəklərinin tərkibinə daxil edirlər.
Cavan yarpaqlarını salatlar, tərəvəz bitkiləri, kartof, doğran-
mış çuğundur, bişirilmiş yumurtanın tərkibinə əlavə edərək
həvəslə yeyirlər. Yoncadan hazırlanmış salatların tərkibinə
sirkə və yaxud xardal şirəsi əlavə edirlər.
Qırğız xalqı bitkinin cavan yarpaqlarını toplayıb, qo-
yun quyruğundan hazırlanmış xörək və kabablara qatırlar.
Yerli adamların dediyinə görə, ağır əməkdən sonra orqa-
nizmi əvvəlki vəziyyətinə qaytarmaq üçün çəmən yoncası
yarpağı əlavə edilmiş xörəklərdən istifadə olunur. Bundan
başqa, onun yarpaq və başcığını toplayır, qurudulmuş və
yaxud turşuya qoyulmuş halda qış aylarına saxlayıb xörəklə-
rin yanında süfrəyə verirlər.