Nübar Həkimova ___________________________________
246
orqanizmin müqavimətinin artırılmasında, cövhərindən yara-
ların sağalmasında, bronxial astmada, dəmləməsindən sidik
yolları xəstəliklərində, soyuqdəymədə, bəlğəmgətirici kimi,
baş gicəllənmələrində, hamaşçiçəyinin sulu – spirtli cövhə-
rindən epilepsiya, qrija, vərəm, podaqra, zəhərlənmə əley-
hinə və s. xəstəliklərin müalicəsində istifadə edilir. Almani-
yada bu preparatlardan revmatizm və vəz şişlərində işlədilir.
Cavan gövdə və yarpaqlarından yüksək keyfiyyətli
salat növləri hazırlanır. Başqırıstanda ağ yonca ispanaq əvəzi
kimi yağda qızardılaraq ləziz iştahaçıcı qida kimi yeyilir.
Ağ yoncanın yaşıl hissələrindən və çiçəklərindən ye-
yinti sənayesində xlorofil və flavanoidlərlə zəngin olan yaşıl
və sarı rəngli boyaqlar hazırlanır.
Çəmən yoncası – Çəmən yoncasının kök, yerüstü
hissəsinin və çiçəklərinin tərkibindən pratenzein gempferol,
formononetin, qenistein, qaidzein, bioxanin, kversetin, qe-
niskozin, rotindin, ononin, izoramnetin, izotrifolin, pekto-
linadin, pratol, trifolin, trifolitin, pratoletin flavonoidləri, pe-
onidin, delfinidin, petunidin, malvidin antosianları, sitoste-
rin, 10%-ə qədər saponin, C, B, E, K və karotin vitaminləri,
kumarin, nişasta, qlükoza, maltaza, izomaltoza, 18,6-24%
həll olan şəkər, 8%-ə qədər aşı maddəsi, psevdokumoxinon,
xinon, qlükozid, psevdokumoxinon, toluxnon, mum, 0,28%
efir yağı, 6,8% lipid, və s. maddələr tapılmışdır.
Amerika və İngiltərədə yoncanın cövhərindən dəridə
əmələ gələn xərçəngin müalicəsində yeni sarğı halında isti-
fadə edilir. Sulu-spirtli qarışığı bəd xassəli şişlərin inkişa-
fının qarşısının alınmasında, kökündən hazırlanmış cövhəri
qrija, soyuqdəymə, şiş əleyhinə, yerüstü hissəsindən alınan
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|