Vəzəri
Vəzəri qida və ədviyyat bitkisi sayılır. Süfrəmizdə ən
çox istifadə edilən göyərtilərdən biridir. Azərbaycanda vəzə-
riyə üstünlük verilir. Ona acıtərə də deyirlər, yəni acı dadan
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
248
tərəvəz. Tərəvəz kimi yeyilən əsas hissələri yarpaq və körpə
özəkləridir. Qədim dövrlərdən qida və müalicə məqsədilə
becərildiyi məlumdur. Təsadüfi deyil ki, hələ orta əsr
həkimləri deyirdilər ki, kim sağlam olmaq istəyirsə, mütləq
vəzəri yesin, yoxsa ona həkim kömək edə bilməz. Bir
maraqlı cəhət də ondan ibarətdir ki, təbabət həmişə bu bit-
kinin avitaminoz və maddələr mübadiləsindəki roluna xüsusi
əhəmiyyət vermişdir. Vəzəri vitamin mənbəyi hesab edilir.
İnsan orqanizmi üçün lazımi olan faydalı maddələr acıtərədə
daha çoxdur.
Belə ki, qədim yunanlar onu soyuqdəymə əleyhinə iş-
lətmiş, qədim romalılar isə əsəb sistemini onun köməyilə
müalicə edirmişlər. Müasir dövrdə də vəzəri xalq təbabə-
tində çoxşaxəli müalicə əhəmiyyətli bitki hesab edirlər. Qi-
danı müntəzəm olaraq işlətdikdə həzmi yaxşılaşdırır, yuxunu
normallaşdırar, arterial təzyigi aşağı salır, avitaminozun
profilaktikasında yaxşı təsir göstərir. Vəzəri bədəndə olan
zərər və zəhərləri kənarlaşdırır. Keçmişdə sağlamlıq və güc
rəmzi kimi tanınan bu bitki Şərq təbiblərinin əsas müalicə
vasitələrindən biri olmuşdur. Ondan yoluxucu (infeksiya),
bağırsaq və tənəffüs sistemi xəstəliklərində istifadə etmiş,
astma, zökəm, göyöskürək hallarında səhərlər acqarına
şirəsindən içməyi məsləhət görmüşlər. Vəzəri şirəsini zeytun
yağma qarışdırıb böyrək və sidik kisəsi ağrılarında içmək
faydalıdır. Zeytun yağı əvəzinə şirin badamın yağından da
istifadə etmək olar. Vəzəri və onun digər növ və sortlarından
məsələn, su tərəsi sidik və tərqovucu təsirə malikdir.
Həmçinin, ağızdakı pis qoxularda, şəkər xəstəliyində vəzəri
işlətmək (çiy yemək, şirəsini içmək) müsbət təsir göstərir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|