251
Keşniş cinsinin əkilən keşniş və dağ keşnişi (çöl keşnişi)
növləri ayırd edilir. Əkilən keşnişin hazırda 10-la sortu və
müxtəlif formaları əldə edilmişdir. Dağ keşnişinin isə həm
mədəni, həm də yabanı sortları var. Bu bitkinin də tərkibində
əkilən keşniş kimi efir yağı, C və A vitamini, şəkərli
maddələr və s. aşkar edilmişdir. Çiy yeyilir, xörəklərə,
xüsusən dovğaya tökülür, salatlara doğranır.
Keşnişi çeynədikdə ağızdan pis qoxunu, şərab iyini
aparır. Çox yemək olmaz, belə ki, təngənəfəslik yaradır və
astmaya ziyandır. Qiymətli ədviyyat bitkisidir.
Dağkeşnişi – Dağ keşnişinin bitki aləmində iki növü –
dağkeşnişi – şüalı dağ keşnişi yayılmışdır. Bu növ keşnişlər
Qafqazda, o cümlədən Azərbaycanda təsadüf edilir.
Dağkeşnişinin yaşıl hissəsinin tərkibində 75-80 mq% C
vitamini, karotin, flavonoid, 0,l% efir yağı, yaşıl xlorofil,
həmçinin kversetin, kempferol flavonoidləri tapılmışdır.
Meyvəsindən efir yağı, 3-rutinozid kversetin, 14,6-49,5%
piyli yağ aşkar edilmişdir. Dağkeşnişindən ədviyyat və yaşıl
tərəvəz kimi xörəklərə əlavə edilir.
Şüalı dağkeşnişindən də ədviyyat kimi xörəklərin tərki-
binə qatılır.
Şüyüd
Dünya florasının tərkibində şüyüdün 3 növünə rast
gəlmək olar. Qafqazda, o cümlədən Azərbaycanda mədəni
halda bir növü – ətirli şüyüd geniş surətdə mədəni halda
həyətyanı sahələrdə əkilib becərilir.
Şüyüd kəskin ədviyyə xüsusiyyətli tama malikdir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com