Tərxun çoxillik ot və ya yarımkoldur. Onun yerüstü
hissəsindən alınan efir yağı təbabətdə geniş istifadə edilir.
Çox qədimdən isitmə-qızdırmaya, mədə-bağırsağa, yelə və s.
qarşı tətbiq edilir. Bu məqsədlə, yovşan bitkisinin becərilən
tərxun növündən geniş istifadə olunur.
Tərxun qədim dövrlərdən başlayaraq hazırki dövrə
qədər bir çox ölkələrdə ədviyyə bitkisi kimi əkilir. Bunun
yaşıl hissəsinin tərkibində efir yağı, aşı maddəsi, acı qlü-
kozid, qatran, karatinoid, C vitamini, flavonoid birləşmələri,
yaşıl xlorofil və s. maddələr vardır. Tərxundan müqavimə-
tartırıcı, iştahartırıcı, həzmyaxşılaşdırıcı kimi istifadə edilir.
Xalq təbabətində tərxundan hazırlanan cövhərlərdən
damarların divarlarının möhkəmləndirilməsində, diş qanax-
malarında və s. istifadə edilir.
Bunun yaşıl hissəsindən alınan efir yağından tərxun
sirkəsi, ədviyyə məhsullar və s. hazırlanır. Tərxun yaşıl tərə-
vəz və ədviyyə kimi müxtəlif yeməklərə qatılır, təzə halda
yeyilir. Göbələk, kələm, xiyar və müxtəlif şorabaların bağ-
lamalarında ədviyyə, qatqısı kimi istifadə olun-maqla yanaşı,
onları vitaminlərlə zənginləşdirir. İştah-gətirici kimi soyuq
xörəklərə salat və qəlyanaltılara əlavə olunur. Təzə və
qurudulmuş yarpaqları sousları, ət və balıq xörəklərini tamlı
və dadlı edir. Tərxundan qənnadı sənayesində də işlədilir.
Tərxundan yaşıl rəngli yağ, limonad və s. hazırlanır.