241
yeyirlər.
Gicitkənin yarpağı çox qiymətli polivitaminli məh-
suldur. Odu ki, müasir tibbdə ondan dəmləmə və duru eks-
trakt halında bir sıra xəstəliklərin müalicəsində geniş istifadə
edilir. Məsələn, daxili qanaxmalarda qankəsici, mədə-
bağırsaq xəstəliklərinin müalicəsində həzm prosesi və mad-
dələr mübadiləsini yaxşılaşdıran, bağırsaqların iltihabını
aradan qaldıran vasitə, eləcə də qanazlığında, vərəm, sinqa
raxit, avitaminoz, qızdırma, mədə yarası, nəfəs yolları, oniki-
barmaq bağırsaq xəstəlikləri, böyrək daşı və s.-nin dərmanı
kimi tətbiq olunur.
Gicitkən qanda hemoqlobin və eritrositlərin artmasına
kömək edir. Bir sözlə, orqanizmdə qanyaradıcı rolunu
oynayır.
Bitki «qanı» adlandırılan xlorofil bitkinin yarpağında
külli miqdarda olduğundan qanazlığında, orqanizmin müqa-
vimətinin artırılmasında istifadə edilir. Gicitkən sıyığını bal-
la qarışdırıb, prostat vəzinin adenomiyası xəstəliyinə qarşı
bir həftə qəbul etdikdə vəzin şişmə prosesi dayanır və
xəstəlik bir ay müddətində aradan qalxır.
Gicitkən və qoz yarpağından hazırlanmış sıyığı balla
qarışdırıb daxili orqanlarında xərçəng olan xəstəyə verdikdə
xərçəng hüceyrələrinin inkişafı dayanır.
Mədəsi xərçəng xəstəliyinə tutulmuş qoca qarı hər gün
2-3 stəkan gicitkən ekstraktı qəbul etməklə özünü sağalt-
mışdır.
Gicitkən yarpaqlarından alınan yaşıl maddə ətriyyat,
kosmetika, yeyinti və tibb sənayesində geniş tətbiq edilir.
Cavan zoğlarından yem kimi toyuq və donuzların qida-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com