290
əleyhinə, xüsusən ət və göbələk zəhərlənmələrinə qarşı
istifadə olunur. Böyük təbib və alim Əbu-Əli İbn Sinanın da
əsərlərində şirin biyanın müalicəvi təsiri barəsində geniş
məlumatlar verilir. Şirin biyan kökündən hazırlanmış
cövhəri içərkən orqanizm (gəncləşir) cavanlaşır.
Birma, Hindistan, Çin və Vyetnam ölkələrində şirin bi-
yan köklərindən hazırlanan cövhərlərlə sarılıq, mədə-bağır-
sağı, xüsusən də qastiriti gözəl müalicə edirlər. Tibet tə-
babətində şirin biyan kökləri ilə vərəm, ürək və soyuqdəymə
xəstəliklərini müalicə edirlər. Bundan başqa, ondan ilan-
vurma, əqrəbsancına, qudurmuş it dişləməsi əleyhinə də
istifadə olunur. Şirin biyandan maddələr mübadiləsinin niza-
ma salınmasında, iflic-sinir xəstəliklərinin müalicəsində
istifadə edilir. Avropa ölkələrində şirin biyandan dərman
vasitəsi kimi XII əsrlərdən istifadə edilməyə başlanmışdır.
Hazırda bütün Avropa ölkələri onu öz dövlət farmakope-
yasına daxil etmişlər. Şirin biyanın müalicəvi xüsusiyyətləri
bizim ölkəmizdə də çoxdan məlum idi. Şirin biyandan
hazırlanmış preparatlar müxtəlif xəstəliklərin müalicəsində
də geniş tətbiq olunur.
Son zamanlarda şirin biyan kökünə olan tələbat xeyli
artmışdır. Bu da ondan üç yeni quruluşlu birləşmələrin əldə
edilməsi ilə əlaqədar olmuşdur. Bu birləşmələrin təsiri isə
böyrəküstü vəzinin ifraz etdiyi hormonun təsir xüsusiyyət-
lərinə olduqca yaxın olmasıdır. Bu birləşmələrin içərisində
ən əhəmiyyətliləri isə qliserrizin və qliserrat turşuları təşkil
edir ki, bunlar da əsasən şirin biyan köklərin-dən alınan
bioloji-aktiv preparatların əsas tərkib hissələrini təşkil edir-
lər. Bunlar hormonal xüsusiyyətli, allergiya, spazma və eləcə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com