291
də soyuqdəymə xəstəliklərinə qarşı istifadə olunan prepa-
ratlar hesab edilir, Kartizon preparatı xüsusiyyətlərinə malik
olan bu maddələr bir çox xarici ölkələrdə «Addison» vəzinin
fəaliyyətinin pozulması nəticəsində orqanizmdə baş verən su
və mineral maddələrin pozulması əleyhinə işlədilir. Biyanın
kökündən alınmış ekstraktiv və siroplu cövhərlər mədə
yaralarını, onikibarmaq bağırsaq, sinir və sairə xəstəliklərin
müalicəsində istifadə olunur. Bu qlisirrizin xassəli turş
birləşmələr öz kimyəvi xüsusiyyətlərinə görə fenol tərkibli
steroidlərə oxşayırlar. Biyan şirəsi ilə mədə yaralarını
müalicə edən zaman gün ərzində 40 q şirə daxilə qəbul
edilirsə, bu zaman ağrı tezliklə kəsilir, 4 həftədən sonra yara
tamamilə qaysaq bağlayaraq sağalır. Biyan şirəsindən
ekzema və zəhərlənmə əleyhinə də istifadə edilərək müsbət
nəticələr əldə olunmuşdur. Qlisirrizin turşusu soyuqdəymə
əleyhinə də işlədilir.
Prof. V.İ.Litvinenko və onun əməkdaşları tərəfindən
şirin biyanın kökündən flavonoid birləşmələri əldə olunmuş-
dur. Onlar bu maddələrdən yeni dərman preparatları hazır-
layıb onlara linkiviritin və flakorbin adı vermişlər. Yeni
alınmış bu preparatlar Xarkov Kimya Əczaçılıq İnstitutunda
müxtəlif heyvanlar üzərində sınaqdan keçirilərək belə nəticə
alınmışdır ki, yeni dərman preparatları qıcolma, soyuqdəy-
mə, yarasağaldıcı xüsusiyyətlərə malikdir. Biyan kökündən
alınmış şirədən isə mədə-bağırsaq xəstəliklərinin müalicə-
sində istifadə olunur.
Son zamanlar şirin biyandan alınan preparatlar müx-
təlif dövlətlərin farmakopeyasına daxil edilərək bir sıra xəs-
təliklərin müalicəsində geniş istifadə olunur. Şirin biyanın
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com