294
Fransada, Almaniyada, ABŞ-da və bir sıra digər xarici ölkə-
lərdə spirtsiz içkilər hazırlanır. Bavariya kvası və «Koka-
kola» içkilərinin böyük şöhrət qazanması bunların tərkibinə
şirin biyan ekstraktı əlavə edilməsi nəticəsində əldə
olunmuşdur.
Biyan kökündən alınan cövhərdən ABŞ-da, İngiltərədə
tütünlərin keyfiyyətli və ətirli iyə malik olmasında da
istifadə edilir.
Bundan başqa, gövdədən yüksək keyfiyyətli sellüloza,
bundan da sap, ip və kisələr hazırlanır. Biyan gövdəsindən
hazırlanan ip və saplardan müxtəlif şotkalar hazırlanır ki,
bunlardan da qənnadı və çörək zavodlarından istifadə olunur.
Bundan başqa biyandan akvarel (sulu) boyalar, mürəkkəb,
tuş, ayaqqabı mazı (qutalin), gön-dəri aşılamaq üçün aşı
maddələri də hazırlanır.
Bütün paxlalı bitkilər kimi, şirin biyan da «yaşıl
gübrə» kimi böyük əhəmiyyət kəsb edir. Belə ki, o çox gözəl
azot tənzimedici xüsusiyyətlərinə malikdir. Şirin biyanı «göy
gübrə» kimi o tam çiçək açan zaman istifadə etmək lazımdır.
Çünki bu zaman onun çiçəklərinin tərkibində çoxlu protein
maddəsi toplanmış olur.
Ölkəmizin bir çox rayonlarında olduğu kimi, bizim res-
publikamızda da biyan bitkisinin faydalı xüsusiyyətlərini
öyrənmək üçün elmi-tədqiqat işləri zəif də olsa aparılır.
Hazırda bir sıra xarici firmaların əksəriyyətində qlisi-
rizin və qlisiret turşuları əsasında müxtəlif preparatların
hazırlanmasına xüsusi fikir verilir.
Şirin biyan incə ətirə və kəskin şirin daha malik oldu-
ğundan ondan yeyinti və qənnadı sənayesində istifadə edilir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com