296
DƏRMAN KİMİ İSTİFADƏ OLUNAN MEYVƏ VƏ TƏRƏVƏZLƏR
MEYVƏLƏR
Albalı – yel xəstəliyi, oynaq ağrıları, qan-damar siste-
minin pozulması, ürəkbulanması zamanı məsləhət görülür.
Alça – əsəbi adamlar üçün xeyirlidir. Alça, həmçinin
yel xəstəliyinə, qan-damar sisteminin tənzimlənməsində məs-
ləhət görülür. Alça qurusu qanazlığı olanlar üçün faydalıdır.
Alma – ətirli və sulu alma iştaha açır. Ürəkdöyüntüsü
və təngnəfəslik hallarında almadan istifadə edirlər. Şəkəri
olanlar da almadan istifadə edə bilərlər. Turş almanın
şirəsini şəkər qatmadan bişirib, öd xəstəliklərində və
daşlaşmaya qarşı istifadə edirlər.
Armud – mədə və öd kisəsi üçün faydalıdır. Yel xəs-
təliyi olanlar armuddan istifadə edirlər. Meyxoş armud şəkər
xəstəliyi olan adamlar üçün münasibdir. İştahanı artırır,
ürəkbulanmasının qarşısını alır.
Əncir – onu dərdikdən sonra parça üzərinə sərib, gü-
nəş şüası altında saxladıqca onun şəkərliliyi artır. Əncir bə-
dən hərarətini və susuzluğu yatırır, tərləməyə müsbət təsir
edir. Arpa unu ilə ənciri qatıb, çiban üzərinə təpitmə
qoyanda, çibanın tez yetişməsinə kömək edir.
Əzgil – yetişmiş əzgildə şəkər və limon turşusu vardır.
Meyvəsi və yarpağı qəbizlik yaradır. Qanlı ishala qarşı
səhərlər 200-300 q. əzgili qabıqsız yemək məsləhət görülür.
Əzgilin tumu döyülüb toz halına salınır, ondan bir çay qaşığı
götürüb cəfəri kökünün şirəsi ilə qatışdırıldıqdan sonra
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com