297
böyrək və sidik kisəsi daşma qarşı işlədilir.
Ərik – keçmişdə loğmanlar əriyi qan yaradan meyvə
kimi tanıtmış, onu qanın durulaşması amili hesab etmişlər.
Ərik qurusu öd ağrılarını yüngülləşdirir, qan təzyiqini tən-
zimləyir.
Gavalı – yeməkdən əvvəl qara gavalı işlətmək başağ-
rısı, öd kisəsinin iltihabı və qızdırmanın qarşısını almaq üçün
faydalıdır. Gövdəsində olan yapışqan öskürək, böyrək, sidik
kisəsi və öddə olan daşa qarşı işlədilir, yaranı bitişdirir.
Gilas – sinəni yumşaldır, tez həzm olunur. Qəbzliyi
aradan qaldırır. Şəkər xəstəliyi olanlara gilasdan istifadə et-
mək faydalıdır. İri gilasın tumunu əzərək üzə sürtdükdə, dəri
yumşalır və üzün rəngi açılır.
Heyva – vərəm xəstəliyi üçün məsləhət görülür. Öskü-
rəyi sakitləşdirmək üçün 30 q heyva çiçəyini 1 l suda dəm-
ləyərək işlədirlər. Meyxoş heyva ürəkbulanmanın qarşısını
alır, susuzluğu yatırır, qanaxmanı dayandırır.
Xirnik – tam yetişmişindən istifadə edilir. Sinəni yum-
şaldır, bədəni qüvvətləndirir. Səhərlər acqarına 300-500 q
yemək məsləhətdir. Mürəbbəsi də faydalıdır, iştahaçandır.