Tərəkəmələr demiş: yuxu var ağa-bəy yuxusu, yuxu
var ala-səy.
Tərəkəmələr demiş: yuxu var elə söyləməli, yuxu var
selə.
Tərəkəmələr demiş: yorub-yozulan yuxunun bir eybi
var, yozulmayanın min bir.
Tərəkəmələr demiş: yuxu var sahibini el-obada öy-
dürər, yuxu var söydürər (döydürər).
Tərəkəmələr demiş: yetimin yatmağına baxma, gör-
düyü yuxuya bax.
Tərəkəmələr demiş: yuxu var quda üçün, yuxu var
qada üçün.
Tərəkəmələr demiş: yuxu var yozasan asta, yuxu var
yozasan usta.
Tərəkəmələr demiş: yuxusu bekar olan, nökər olar.
Tərəkəmələr demiş: aşıq yuxusunda toy görər, molla
vay.
Tərəkəmələr demiş: yuxu var sahibinə şər gətirər,
yuxu var zəhər.
Tərəkəmələr demiş: nə yatıb ki, nə də yuxu görsün.
Tərəkəmələr demiş: yuxusu kədər olanın, iş-gücü
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com