__________________________________ Nübar Həkimova
63
paqlıya verərlər.
Tərəkəmələr demiş: adam kişi yuxusuna inam gətirər,
keşiş yuxusuna yox.
Tərəkəmələr demiş: qoca yuxusu, xoca yuxusu.
Tərəkəmələr demiş: yuxunu söylədim biləsən, söylə-
mədim ki güləsən.
Tərəkəmələr demiş: yuxu var oğru yuxusu, yuxu var
doğru yuxusu.
Tərəkəmələr demiş: dul arvad yuxuda ikinci ərini gö-
rər.
Tərəkəmələr demiş: yuxulu aslandan, ayıq pişik yax-
şıdır.
Tərəkəmələr demiş: molla yatanda, yuxusunda halva
görər.
Tərəkəmələr demiş: yuxu yuxu gətirər, qorxu da
qorxu.
Tərəkəmələr demiş: yuxu əcəlin qardaşıdır.
Tərəkəmələr demiş: yuxuda tost deyən, əyyaşa dost
deyər.
Tərəkəmələr demiş: yuxusu quduz olanın, ölümü
ucuz olar.
Dostları ilə paylaş: