61
hədər olar.
Tərəkəmələr demiş: yuxunu tərsinə yozan, hirsinə
yozar.
Tərəkəmələr demiş: yuxu var səbrlə yozular, yuxu var
tədbirlə.
Tərəkəmələr demiş: yuxu var sahibinə alqış gətirər,
yuxu var qarğış.
Tərəkəmələr demiş: yuxu var yozmalı, yuxu var əl
üzməli.
Tərəkəmələr demiş: yuxu var söyləsən üz qızardar,
yuxu var göz.
Tərəkəmələr demiş: igid yuxusuz olanda, el-obası
qorxusuz olar.
Tərəkəmələr demiş: yuxu var bal tək şirin, yuxu var
qan-irin (nifrin).
Tərəkəmələr demiş: ürəyi sərin olanın, yuxusu şirin
olar.
Tərəkəmələr demiş: yaman yuxu başa bəladır.
Tərəkəmələr demiş: yaxşı yuxu qan duruldar, yaman
yuxu qan qaraldar.
Tərəkəmələr demiş: şirin yuxu küsülüləri barışdırar,
pis yuxu ara qarışdırar.
Tərəkəmələr demiş: yuxu var sahibini mərd edər,
yuxu var namərd.
Tərəkəmələr demiş: yuxunun qədir-qiyməti yozulan-
dan sonra bilinər.
Tərəkəmələr demiş: yuxu var sahibinin başını ucal-
dar, yuxu var gicəldər.
Tərəkəmələr demiş: yuxu var yorarlar el qurarlar,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com