Nübar Həkimova ___________________________________
122
Aqillərin inamına görə: başmağı cüt olmayan qadı-
nın, kündəsi küt olar.
Aqillərin inamına görə: ana qədrini bilməyənin, məh-
şər gününə qədər üzü gülməz.
Aqillərin inamına görə: qadın ərinin başına gül də
tökə bilər, kül də.
Aqillərin inamına görə: süfrə başında əlini çörəyə
uzadan bismillah" deyərsə, işi avand olar.
Aqillərin inamına görə: ağıllı adam ailəsini dolandır-
maq üçün qəpik-quruşa çalışar, axmaq-ağılsız adam çəpiyə.
Aqillərin inamına görə: hər deyilən sözə inanan, el-
obada qınanar.
Dostları ilə paylaş: