Aqillərin inamına görə: həqiqət harada, ədəb-ərkan,
ləyaqət də orada.
Aqillərin inamına görə: insan dünyanın gəlimli, ge-
dimli, son ucu ölümlü olduğunu bilsə də, yenə də tikir-qurur,
tikdiyi abidələr gələcək nəsillər üçün əvəzsiz töhfə kimi durur.
Aqillərin inamına görə: sərxoşluğa qoşulub içki içən,
var-dövlətinin, ismət-qeyrətinin başından keçər.
Aqillərin inamına görə: yaxşı qadın evin istisi, pis
qadın göz tökən tüstüsüdür.
Aqillərin inamına görə: ananın baş ləçəyi, ağbirçəyi
müqəddəsdir, qan yatızdırar.
Aqillərin inamına görə: ağbirçək baş şalını, ağsaqqal
çəliyini ən ağır döyüşdə, dava-dalaşda qan töküləndə, ortaya
– tərəflərin ayağı altma atarsa, mütləq hər şey sülh ilə bitər.
Nə şalın, nə çəliyin üzərindən addamazlar, tapdalamazlar.
Aqillərin inamına görə: kim əncir, xan çinar ağacla-
rını ocaqda yandırarsa, onun uğuru xeyir tapmaz, çörəyinin
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|