124
qaranlıq yerdə, qara parçaya büküb saxladıqdan sonra hər
gün yeməkdən əvvəl, 3 dəfə, 20-25 gün bir çay qaşığı içmək
lazımdır. Bu müalicə üsulu qaraciyər, öd kisəsində, qan
damarlarında qanın qatılaşmasının qarşısını alır-tənzimləyir.
Həmçinin mədə-bağırsaq, qan təzyiqi, şəkər xəstəliyinin də
müalicəsi üçün çox faydalıdır. Bu həm də qadın və kişilərdə
fizioloji aktivliyi artırır.
Aqillərin inamına görə: xəmiri tez acıyan qadını əri
çox sevər.
Aqillərin inamına görə: günvuran adamın başgicəl-
lənməsinin müalicəsi üçün üzüm şirəsini qaynadıb, başa tən-
ziflə təpitmə qoymaq məsləhətdir.
Aqillərin inamına görə: küt başağrılarından əziyyət
çəkən xəstələrə şiddətli ağrıların qarşısını almaq üçün zəfə-
ranı sirkə ilə qarışdırıb, başın ağrıyan yerlərinə təpitmə
qoymaq məsləhətdir.