Aqillərin inamına görə: saçın dibi hədsiz dərəcədə
kəpək olanda, saçtökülməsi başlayanda 15-20 gün, gündə bir
dəfə, axşamlar yatmamışdan əvvəl saçbidini soğan suyu ilə
sürtmək və gicitkənin qaynadılmış suyu ilə yumaq
məsləhətdir.
Aqillərin inamına görə: mədə-bağırsağı soyuqlayan
və küt ağrılar verən xəstələrə 10-15 gün, hər gün bir dəfə ye-
məkdən əvvəl bir fincan əməköməci həlimini qəbul etmək
məsləhətdir. Bu, həm də bağırsaqları yumşaldır.
Aqillərin inamına görə: tez-tez sinə ağrısından, ürək-
döyüntülərindən əziyyət çəkən xəstələrə mütəmadi olaraq
moruq şirəsini bal ilə qarışdırıb, hər gün yeməkdən əvvəl bir
fincan içmək məsləhətdir.
Aqillərin inamına görə: təngnəfəs (astma) xəstəliyin-
dən əziyyət çəkənlərə hər gün yeməkdən əvvəl üç dəfə, bir
fincan dəvə südü içmək məsləhətdir.
Aqillərin inamına görə: ağciyər ağrısına, vərəmə, qı-
zılca xəstəliklərinə məruz qalanlara uzun müddət eşşək südü
içmək məsləhətdir.