Aqillərin inamına görə: itdirsəyi çıxaran adama 10-15
gün, gündə 3 dəfə yeməkdən əvvəl göy sarımsaq (və ya diş
sarımsaq) yemək məsləhətdir. Müalicəsi olduqca effektlidir.
Aqillərin inamına görə: bədənin müxtəlif yerlərində
(boyun, qol, qıç, bel) kəskin ağrıları olanda çöl yemişinin qa-
zıb qabığını soyduqdan sonra ət çəkən maşında çəkib, yu-
murta ağı ilə qarışdırıb ağrıyan yerə yaxmaq məsləhətdir. Bu
yaxma ağrıyan yerdə 15-20 dəqiqə saxlanılır. Müalicə effekti
olduqca güclüdür.
Aqillərin inamına görə: qoz ağacmı niyyətlə əkmək
məsləhət deyil. Elat inamına görə: əkilən qoz ağacının göv-
dəsi onu əkənin boynu yoğunluğunda olanda, həmin ağacı
əkən adam ölməlidir.
Aqillərin inamına görə: diş dibi şişərsə, diş lax-
layarsa, 15-20 gün, gündə yeməkdən əvvəl üç dəfə qırmızı
turpu ağızda suyu artırana qədər çeynəmək məsləhətdir.