Aqillərin inamına görə: həddən artıq piylənən adam-
lara arıqlamaq üçün 25-30 gün axşam-səhər yarım litrlik
qatığın tünd sarımsaqlı atlamasını içmək məsləhətdir.
Aqillərin inamına görə: yeni anadan olan, qırxı çıx-
mamış çağanı yad adam yoluxarsa, o çağa gözə, nəzərə
gələr. Çağa nəzərə gəldiyi üçün ya şikəst olar, ya da ölər. Pis
gözə, nəzərə gəlməmək üçün ya ana, ya nənə və ya da evə ən
mərhəm olan qadın, uşağı evdən bayıra çıxarıb ürəyində
desin: "Ey rəbbim! Sən bu tifili pis gözdən, pis sözdən hifz
eylə. Ona pis baxanın gözünə iynə-bıçaq batır. Nəs deyənin
dilini lal, qulağını kar, əzizlərini kor eylə!"