Nübar Həkimova ___________________________________
140
Aqillərin inamına görə: kim il təhvil olarkən qapı
dibində oturarsa, uğuru xeyir tapmaz.
Aqillərin inamına görə: il təhvil olarkən qarğış qarğa-
mazlar. Qarğış adamı tutar. Niyyəti gözündə qalar. Alqış
etsə arzu-istəyinə çatar, uğuru xeyir tapar.
Aqillərin inamına görə: təndir yaparkən təndirin ya-
nında duran oğlan uşağı yapılan təndirə baxarsa, təndir
çörəyi küt gedər.
Aqillərin inamına görə: uşağı olmayan ər-arvad su
çərşənbəsi axşamı içində ilan qabığı olan qızdırılmış suda çi-
mərlərsə, övladları olar.
Dostları ilə paylaş: