149
Portağal qan dövranını və nəfəs yollarını təmizləyir.
Heyva mürəbbəsi öskürəyi sakitləşdirir və nəfəsalmanı
yaxşılaşdırır. Təzə gicitkən yarpağını bişirib, sarımsaqlı qa-
tıq ilə yemək sinə və nəfəs yolları üçün çox xeyirlidir.
Mədə-bağırsaq üçün meyvə və meyvə şirəsi ən yaxşı
vasitədir.
Mədə və bağırsaq xəstəliyi olanlara portağal şirəsi,
üzüm şirəsi içmək məsləhətdir.
Mədə-bağırsağa zərərli mikrobların düşməsinin qarşı-
sını almaqdan ötrü sarımsaqdan, qatıqdan istifadə etmək
məsləhətdir.
Sarımsaq qan təzyiqini tənzimləyir, soyuqdəyməyə
qarşı bədənin müqavimətini artırır.
Yerkökü toxumu mədəyə qaz toplanmasının qarşısını
alır.
Yarpız şirəsi içmək mədəni bəlğəmdən təmizləyir. Ba-
ğırsaqların fəaliyyəti zəiflədikdə, alça və qara gavalıdan isti-
fadə etmək məsləhətdir.
Babasili olanlara yarpızı qaynadıb suyu ilə yuyunmaq
məsləhətdir. Badımcanı döyüb, az miqdarda acı badam içi və
bənövşə yağı ilə qarışdırıb babasilə sürtmək də effektli olur.
Babasil şişini və ağrısını sakitləşdirmək üçün yarıbiş-
miş yumurta sarısını zəfəran və gül yağı ilə qarışdırıb, üzə-
rinə yaxmaq məsləhətdir
Dalaq sancması zamanı balqabaq və söyüd yarpağının
suyunu içmək məsləhətdir.
Yel xəstəliyi (revmatizm) olan adamlara kəklikotunun
qaynadılmış suyunda çimmək faydalıdır.
Sarımsaqdan hazırlanmış təpitmələr yel xəstəliyi ağrı-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com