__________________________________ Nübar Həkimova
151
XALQ TƏBABƏTİ
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
152
MÜDRİK EL LOĞMANLARININ TƏBABƏT
BOXÇASINDAN ƏRMAĞANLAR
Azərbaycan Respublikası ərazisinin ekologiyası və
təbii sərvətlərinin öyrənilməsi, qorunması, artırılması, onlar-
dan səmərəli istifadə edilməsi dövlət qurumları ilə yanaşı,
biz tədqiqatçıların da qarşısında duran ümdə məsələlərdən
biridir. Zəngin təbii floraya malik Azərbaycan ərazisində
faydalı təbii bitki örtüklərinin müxtəlif ekoloji-coğrafi şə-
raitə malik zonalarda yayılması, təbii ehtiyatlarının, onların
ərzaq, dərman xammalı kimi və eləcə də digər sahələrdə isti-
fadəsi imkanlarının, tətbiqinin öyrənilməsi elmi və iqtisadi
cəhətdən çox əhəmiyyətlidir.
Respublikamızda yayılan 4500-dən artıq yabanı bit-
kilərin 2500 növdən çoxunu iqtisadiyyatımız üçün faydalı
xüsusiyyətlərə malik xammal hesab etmək olar. Bunların
1800 növü dərman təbiətli, 1500 növü boyaq, 836 növü aşı,
600 növə yaxın kosmetik, 500-dən artıq növü ədviyyat və
yabanı yeməli tərəvəz bitkisidir (Qasımov, 1983, 1987,
1990, 1992, 1995, 2001, 2002, 2003, 2004).
Xalq təbabətinin müalicə üsulları tarixən çox qədimdir.
Bəşər tarixində insan meydana gəldiyi gündən onun ke-
çirdiyi ağrı-azara qarşı sadə müalicə üsulları da meydana
gəlmişdir.
Son illərdə haqlı olaraq dünya təbibləri – loğmanları
xalq təbabətinə, onun müalicə üsullarına güclü meyl göstə-
rirlər. Yurdumuzun ulu, loğman müdrikləri də cürbəcür xəs-
təlikləri müalicə etmək üçün çox düşünüb-daşınmış, xalq
təbabətindən dəfələrlə istifadə edib, sınaqdan keçirmişlər.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|