Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə382/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   378   379   380   381   382   383   384   385   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
301 
pozulması zamanı faydalıdır, təmiz qan yaradır, bədəni güm-
rahlaşdırır,  kökəldir.  Qaraciyər  ağrısı,  xronik  öskürək,  ürək 
döyüntüsü,  böyrək  zəifliyi,  sarılıq  və  dalaq  xəstəlikləri 
zamanı  müalicə  üçün  faydalı  sayılır,  ürəyi  və  hafizəni 
möhkəmləndirir. 
Şabalıd – bədənə istilik verir, bədəni kökəldir və möh-
kəmləndirir. Şabalıddan çox istifadə etmək, sidik kisəsinə və 
boğaz ağrısına qarşı ziyandır. 
 
DƏNLİ BİTKİLƏR 
 
Arpa – bədənə soyuqluq və quruluq verir. Adamı arıq-
ladır, sidik kisəsinə ziyandır. Ağ rəngli təzə arpa yaxşı hesab 
olunur.  Onun  xəmirini  qıcqırdıb,  ayranda  həll  edib,  bir 
gecədən sonra 300-400 qram içmək bədən xeyirdir. 
Buğda – bədənə istilik verir. Çibanın  yetişib, tezləşdi-
rilməsi  üçün  üzərinə  əzilmiş  buğda  təpitməsi  qoyurlar. 
Buğda  ununu  keşniş  suyu  ilə  şişlər  üzərinə  yaxmaq  fayda-
lıdır.  Yanmış  buğdanı  mum  və  gül  yağı  ilə  qatıb  üzə  sürt-
dükdə üzə təravət, şəffaflıq gətirir. 
Çəltik-düyü – quruluq, soyuqluq və istilik baxımından 
orta vəziyyətdədir. Qanlı ishal, böyrək və sidik kisəsi xəstə-
likləri  zamanı  düyu  xörəkləri  yemək  məsləhətdir.Düyü 
xörəyi  bədəni  yaxşılaşdırır,  yaxşı  yuxu  gətirir,  lakin  oynaq-
larda – xüsusilə kürək nahiyəsində qulunc törədir. 
Dan  –  bədənə  quruluq  verir,  güclü  qəbizlik  xassəsinə 
malikdir.  Bədəni  möhkəmləndirir,  ishala  qarşı  çox  müna-
sibdir. Darıdan çox istifadə etmək böyrək və sidik kisəsində 
daşlaşmaya səbəb olur. Bu zərərli cəhətlərə görə onu bal və 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   378   379   380   381   382   383   384   385   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin