Acı paxla – bədənə istilik verir, çox istifadə etmək
üzün rəngini saraldır, həzmə ziyandır. Təpitməsi dəri ləkələ-
rini aparır.
Lobya – göy lobya faydalı qida mənbəyidir. Qadınlar
üçün olduqca münasibdir, ana südünü artırır. Göy lobya
yemək, orqanizmi bir çox xəstəliklərə qarşı müqavimətini
artırır, qanazlığı və zəifliyi zamanı lobya xörəkləri yemək
faydalıdır. Hafizəni möhkəmləndirir.
Maş – gözün görmə qabiliyyətini yaxşılaşdırır, əsəbləri
sakitləşdirir. Ödü və qan təzyiqini tənzimləmək üçün ondan
istifadə etmək faydalıdır. Maşla hazırlanan aşa şalğam qatıb si-
nəni yumşaltmaq üçün də istifadə edilir. Ondan hazırlanan plov
adamı uzun saxlayır. Tərəfləri bioloji cəhətdən aktivləşdirir.
Mərcimək – bədənə quruluq verir, qaynanmış suyu isə
mədəyumşaldıcı xassəyə malikdir. Öskürək, sinə ağrısı za-
manı ondan istifadə etmək faydalıdır. Mərciməyi çiy yumur-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com