Əsgərlərin döyüşü – fikirlərin çaş-başdır.
Ət almaq – çox pis yaşayırsan, yaşayışın ağır olacaq.
Fanar – nə qədər imkan var, gününü keçir.
Göy gurultusu – uzaq yerdən şad xəbər alacaqsan.
Göz yaşı – xoş günlər görəcəksən.
Gül dəstəsi – bütün dolaşıq işlərinin düzəlməsinə az
qalıb.
Gülüş eşitmək – gözlənilməz hadisə eşidəcəksən.
İlan – sənə kələk gəlmək istəyirlər, işlərini sahmana
sal. İlan səni çalırsa – gözlənilməz uğurların olacaq. İlan
öldürmək – dava-dalaşdan uzaq olmaq kimi yozulur.
İt – sədaqətli dostların var, onlar səni darda qoymazlar;
səni it qapırsa – yalançı ittihamlardan özünü gözlə; it
hürməsi – səndən nəyi isə oğurlamaq istəyirlər; itin ulaması
– bədbinliyə qapılacaqsan; quduz it – paxırın açılacaq; ölü it
– qatı bir düşmənin var, qorxma o sənə bata bilməz.