__________________________________ Nübar Həkimova
69
XALQ DEYİMLƏRİ
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
bəlğəm, göyöskürək, vərəm xəstəliklərinə tutulan, öskürər-
kən ağzından qanlı bəlğəm gələn xəstələrə 15-20 gün hər
axşam yatmamışdan və hər səhər yeməkdən əvvəl, yarpız,
bənövşə və nar çiçəyini dəmləyib, eşşək, yaxud dəvə südü
ilə qarışdırıb bir fincan içmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
bel, qol, qıç, əl, ayaq, böyrək, qaraciyər ağrılarından əziyyət
çəkən xəstələrə gicitkən, yovşan, unnuca (sirkan), hoyotu,
zeytun, söyüd yarpağı, yarpız, şüyüd və əməköməcini qayna-
dıb suyunda 10-5 gün, hər axşam yatmamışdan əvvəl vanna
qəbul etmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
əgər bir qadının südündən bir damla inək, keçi, qoyun sü-
dünə qarışdırıb başqa uşağa verilsə, o uşaq əslində, südündən
verilən qadının uşaqları ilə süd qardaş-bacısı sayılır. Belə
uşaqların bir-birilə evlənməsi günah hesab edilir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: tez-
tez köpən, qarın nahiyəsində qaz yığılan xəstələrə 10-15 gün
axşam-səhər (yuxudan əvvəl və yuxudan durarkən) bir
fincan bal şərbəti qəbul etmək məsləhətdir.
Dostları ilə paylaş: |