Əməkdaşların peşə inkişafına sistemli yanaşma tətbiq olunub.
Mərkəzi Elmi Kitabxana
əməkdaşların hərtərəfli peşə inkişafını diqqət mərkəzində saxlayır. İnformasiya Texnologiyaları,
Beynəlxalq və İctimai Əlaqələr, İnsan resursları və İnzibati şöbələr üçün “Əsasnamə və vəzifə
öhdəlikləri” hazırlanmış və istifadəyə verilmişdir, Kitabxana-Xidmət şöbəsinin bir il öncə
hazırlanmış eyni adlı sənədlərinə yenidən baxılmış, cari proseslərə uyğun olaraq əlavə və düzəlişlər
edilmiş, şöbə və bölmələrin əməkdaşları əsasnamə və vəzifə öhdəlikləri üzrə təlimatlandırılmış və
sənədlər istifadəyə verilmişdir. Əməkdaşların müntəzəm olaraq qiymətləndirilməsi aparılır, əməyin
ödənilməsi dərəcələrinə və maaşlara korreksiya verilir, əməkdaşlar kitabxana həyatında və
kitabxananın inkişaf prosesində iştirakına və əldə etdikləri nailiyyətlərə görə mükafatlandırılırlar.
Əməkdaşların peşə inkişafı üçün əldə edilmiş bilik və bacarıqlar “Vikipediya”, “Mülki müdafiə”,
“Vahid Qeydiyyat Sistemi”, “Elektron resurslardan (EBSCO, Thomson Reuters Web of Science,
OCLC, Royal Chemistry Society) istifadə qaydaları”, “Elmi-intellektual bazanın yaradılması”
mövzularında MEK əməkdaşları tərəfindən kənar təşkilatlara və MEK əməkdaşları tərəfindən
həmkarlarına keçirilmiş təlimlər böyük əhəmiyyət kəsb edir, təlim komandası Kitabxana-Xidmət
şöbəsi, Proqramçılar bölməsi, Sərbəst elektron resurslar bölməsi əməkdaşlarından formalaşır. MEK
əməkdaşlarına cəmi 224 iştirakçısı olan “Vikipediya” və “Elektron Qeydiyyat Sistemi”
mövzularında 8 təlim, əməkdaşlarımıza xarici təşkilatlar tərəfindən beynəlxalq elektron resursların
istifadəsinə dair cəmi 101 iştirakçının cəlb edilməsi ilə 9 təlim keçirilmiş və çox sayda təlimatlar
aparılmışdır.
MEK əməkdaşlarının peşə inkişafı MEK tərəfindən kənar təşkilatlara keçirilən təlimlər zamanı
cilalanır. Təlim mövzularının seçilmə prinsipi kitabxana idarəetmə sistemində əldə edilmiş texniki
və proqram dəyişikliklərini Azərbaycanın elmi və mədəni irsinin təbliğatı, bu məlumatların
8
universal sistemləşdirmə qaydalarının tətbiqi, dünya elmi və mədəni irsinin Azərbaycan haqqında
məlumatlar ilə birlikdə vahid qeydiyyat sisteminə salınması, sərbəst resursların formalaşdırılması və
təbliğidir.
MEK əməkdaşları Azərbaycanda və xarici ölkələrdə keçirilən tədbirlərdə pərakəndə yox, vahid
komanda şəklində, vahid strategiya və mesajlarla, vahid təqdimat üslubu ilə çıxış edir. MEK
kolleksiyalarının
təqdimatlarında,
ekskursiyaların
keçirilməsində,
təlimatların
verilməsində,
konfranslarda çıxışlar əlaqələndirilir və mövzular uzlaşdırılır.
MEK əməkdaşlarının peşə bilik və bacarıqlarına əlavə olaraq təşəbbüsləri dəstəklənir.
Dostları ilə paylaş: |