7. MEK-də “Paralel sorğu” layihəsi.
Oxucu zövqünün formalaşması və istiqamətləndirilməsi,
cəmiyyətdə
mütaliə meylinin artması, kitabxana fondlarının məqsədyönlü zənginləşdirilməsi
funksiyası daşıyan və oxucu auditoriyasını könüllü
tərəfdaşa
çevirən “Paralel sorğu” layihəsi həyata
keçirilmişdir. Sorğu iştirakçılarına - MEK istifadəçiləri
və “Ziyalılar, nüfuzlu şəxslər” qruplarına “Son bir ildə
mütaliə etdiyiniz və oxunmasını tövsiyə etdiyiniz bədii
və elmi əsərlər hansılardır?” məzmununu əks etdirən iki sualla müraciət olunmuşdur. Sorğu
nəticəsində iki siyahı formalaşmış, siyahılarda adı çəkilən əsərlər kitabxana fondlarında yoxdursa
əldə edilmiş və MEK fondlarına daxil edilmiş, oxu zallarında, MEK saytında və Facebook
səhifəsində yerləşdirilmişdir. Növbəti mərhələdə siyahılarda kəsişən adlar və əsərlər müəyyən
edilmiş, müəlliflər ilə görüş planı tərtib edilmişdir (məs., yazıçı Rövşən Abdullaoğlu ilə 22 sentyabr
2016-cı il tarixində).
Dostları ilə paylaş: |