Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə107/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   103   104   105   106   107   108   109   110   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
215 
Alınmalar başqa dildə olduğu kimi, tamamilə mənimsəyən 
dilin fonetik quruluşuna uyğunlaşdırılır, kalkalar isə yalnız 
məzmunca mənimsənilir. Doğma dilin səs materialı, 
sözdüzəldici şəkilçiləri ona yeni quruluş verir və beləliklə də 
dildə əvvəllər mövcud olmayan yeni sözlər meydana gəlir” 
[54,s.171].
Alınma sözlər, tərcümə sözlər və kalkalar haqqında 
S.Sadıqova yazır: “Kalka üsulu ilə əmələ gələn terminlərdən 
danışarkən bir məsələni də qeyd etmək zəruridir. Ən əvvəl kal-
ka zamanı terminologiyada işlənən termin, termin-söz 
birləşmələri 
ilə 
tərcümə 
prosesi 
zamanı 
dilimizə, 
terminologiyaya gələn alınmalar qarışdırılmamalıdır. Tərcümə 
prosesində elə terminlər olur ki, onları tərcümə etmək lazım 
gəlmir və ya mümkün olmur. Bu halda həmin terminlər eynilə 
ingilis, rus və başqa dildə olduğu kimi terminologiyamıza daxil 
edilir. Terminologiyada olan beynəlmiləl terminlərin 
əksəriyyəti bu qayda üzrə yaranmışdır. Kalka zamanı isə 
anlayışlar öz dilimizdə olan sözlərlə, terminlərlə verilir. Bu 
prosesdə dilimizin qrammatik vasitələri- morfoloji və sintaktik 
üsulları əsas götürülür. Burada həm məfhumlar, həm də bu 
məfhumları ifadə edən sözlərin birləşməsi hadisəsi yenidir. 
Yəni birləşmənin tərkibini təşkil edən sözlər və ya sözlə, 
şəkilçi dilin öz söz və şə-kilçiləridir. Lakin bu sözlərin bir-
birinə birləşib yeni elmi anlayış ifadə etməsi hadisəsi yenidir 
[85,s.178-179]. 
Deyilənləri ümumiləşdirsək belə qənaətə gələrik ki, 
kalkaetmə sadə proses deyildir. Kalkalaşma prosesi operativ 
xarakter daşıyır. Bu zaman anlayış bir dildən başqa dilə me-


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
216 
xaniki olaraq keçir. Belə ki, tərcümə olunmuş məna 
baxımından alınma olan bütün sözləri kalka kimi dilimizə daxil 
edə bilmərik. Azərbaycan dilinə kalkaetmə prosesində bu və ya 
digər məfhumun, anlayışın dəqiq ifadəsi üçün aşağıdakı bir sıra 
şərtlər zəruridir. Bura ana dilində həmin sözün struktur 
baxımında eyniliyi, tərkib hissələrin sabit strukturda olması, 
struktur 
sabitliyinin 
reseptor 
dilin 
normativlərinə 
uyğunlaşdırılması və bütün bunlarla yanaşı semantik baxımdan 
sözün reseptor dildə ekvivalentinin tapılmasıdır. 
Kalkalar haqqında danışdıqsa, onların mənşələrinə də 
nəzər salmaq lazımdır. Əgər XIX əsrin əvvəllərində kalka üçün 
əsas mənbə rus dili idisə, hal-hazırda ingilis dilidir. Azərbaycan 
dili terminologiyasında bu və ya digər sahələr aid çoxsaylı 
kalkalara rast gəlirik. Müasir dövrdə yaranan kalkaların 
əksəriyyəti sintaktik üsulla yarananlardır. Bu tip kalkalar 
struktur mürəkkəbliyi ilə seçilirlər. Dilçilikdə kalkaetmənin 
xarakteri baxımından iki tipi qeyd olunur: tam kalkalar, 
yarımçıq kalkalar. Tam kalkalarda söz kalka edilən dilin 
modelinə tam uyğun gəlir. Sözlərin qarşılığı tapılaraq dilin 
modelinə uyğun olaraq formalaşır. Məsələn, dövlət sirri (state 
secret), ehtiyat hesabı (reserve account), dövlət ma-liyyəsi 
(public finance), dövlət borcalması (public borrowing).
Qarışıq kalkalarda isə tərəflərdən biri kalka edilir, digəri isə 
donor dildəki formasını saxlayır. Məsələn, sindikatlaşdırılmış 
kredit (syndicated credit), antidempinq rüsumları (anti-
dumping duties) və s. 
Deyilənləri ümumişlədirsək belə qənaətə gələrik ki, keçən 
əsrdə alınma terminlərin əksəriyyəti rus dilindən alınırdısa, 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin