Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
179
qaydalarını tənzimləmə üsulu, əcnəbi dillərə məxsus sözlərin
[əsasən xüsusi adların və terminlərin] tələffüzünü mümkün q-
ədər dəqiq şəkildə əks etdirmək üçün tətbiq edən yazı üsuludur
[152,s.290]. Transkripsiya dedikdə bir dildəki səslərin və
formaların digər dildə qəbul olunmuş yazı vahidlərindən
fərqlənən işarələr sistemi ilə verilməsi başa düşülür [75,s.3].
Transliterasiya dedikdə isə bir yazı sistemindəki hərflərin
başqa yazı sisteminin hərfləri ilə verilməsi, sözün və ya
cümlənin bir əlifba qrafiki ilə yazılışının digər əlifba qrafiki ilə
yazılmasıdır. Bu zaman hər bir hərf digər əlifbanın hərfi ilə
deyildiyi
kimi
yazılır.
Müasir
Azərbaycan
dilinin
terminologiyasının inkişafına nəzər salsaq görərik ki, ter-
minlərin bir qismi yalnız qrafik dəyişikliyə uğrayaraq dilimizə
daxil olub. Terminlərdə zahiri dəyişiklik hiss olunmasa da,
onlar reseptor dildə assimilyasiya olunduqdan sonra işlənməyə
başlayıblar. Alınma terminlərin mənimsəmə üsullarından hesab
olunan transliterasiya müasir dövrdə Azərbaycan dili üçün
mühüm əhəmiyyət kəsb edir. Belə ki, aprelin 9-u 2013-cü ildə
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət
Proqramı”nın
təsdiq
edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü
bəndini rəhbər tutaraq, qloballaşma şəraitində Azərbaycan
dilinin imkanlarından dövrün tələblərinə uyğun istifadəni və
ölkədə dilçiliyin inkişafını təmin etmək məqsədi ilə qərar qəbul
edilib. Proqrama Azərbaycan dilinə daxil olan yeni
elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqinin ge-
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
180
nişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Milli
transliterasiya standartları əsasında Azərbaycan əlifbasından
digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təmin-
atının hazırlanması, Azərbaycan dilinin öyrənilməsi və təbliği
sahəsində
informasiya-kommunikasiya
texnologiyalarının
tətbiqi, Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik,
izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik
elektron lüğətlərinin hazırlanması, Azərbaycan dilində internet
resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması
istiqamətində fəaliyyətin gücləndirilməsi daxildir. Sənəd, eyni
zamanda, Azərbaycan dilinin daha geniş istifadəsinin təmin
edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi
sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların
yaradılması və inkişaf etdirilməsini nəzərdə tutur. Məhz bu ba-
xımdan müasir dövrdə alınma söz və terminlərin transliterasiya
məsələsi dilçilikdə aktual və vacib problemlərdən sayılır.
Qeyd etmək lazımdır ki, fonetik mənimsənilmə prosesi
başqa dillərdən fonemin alınması deyildir. Dil başqa dilə
məxsus fonemi ala bilməz. Belə bir prosesin mümkünlüyü dilin
fonemlərinin sayca artmasına səbəb olar. “Çünki dillərin
hamısının fonetik quruluşu eyni deyil, müxtəlifdir. Bu
müxtəliflik səs fərqlənməsinə səbəb olur. Fonetik mənimsə-
mədə verilən səs və səs çalarları reseptor dilin müvafiq səsləri
ilə uyğunlaşdırılır” [67,s.35].
Alınmaların fonetik assimilyasiyası zamanı hər bir dil öz
daxili tələblərini irəli sürür. Fonetik assimilyasiya bir neçə
istiqamətdə həyata keçirilir:
|