Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə85/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   81   82   83   84   85   86   87   88   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
171 
1. 
Rus dilindən transkripsiya yolu ilə alınan terminlər
Briefing (ing)-briefing (fr.)- брифинг (rus)-brifinq (az.); siyasi-
hərbi alınma termin sayılan brifinq “bir mövzuda nəticə olaraq 
verilən məlumat və ya bəyanat, açıqlama” deməkdir. Leasing 
(ing)-leasing (fr.)-лизинг (rus)-lizinq (az.), leader (ing)- leader 
(fr.)-лидер (rus)-lider (az.)-“siyasi partiyanın, ictimai-siyasi 
təşkilatın və s. başçısı, rəhbəri” və s. 
2. 
Rus dilindən transliterasiya yolu ilə alınan terminlər. 
Modification (ing.)- modification (fr.) – модификация (rus) – 
modifikasiya (az) - ingilis dilində işlək olan bu söz alman 
dilində də eyni forma və mənada işlənir, rus dilində isə -tion 
suffiksi –ция suffiksi ilə əvəz olunub. Azərbaycan dilində 
işlənən bu söz rus dilindən transkripsiya yolu ilə alınıb.  
Alınma terminlərin mühüm bir hissəsini beynəlmiləl 
terminlər təşkil edir. “Elə sözləri beynəlxalq sözlər hesab 
etmək olar ki, onların mənşəyi ümumi olsun, qrafik və 
morfoloji keyfiyyətlərində müvafiq uyğunluq olsun, semantik 
cəhətdən bir-birinə bu və ya digər dərəcədə yaxın olsun və bir 
sıra qohum olmayan dillərdə, o cümlədən, ən azı iki müxtəlif 
sistemli dildə işlədilsin” [39,s.62]. Belə beynəlmiləl terminlərin 
yaranmasında qədim yunan və latın dillərinin böyük rolu olub, 
lakin müasir dövrdə alınma terminlərin mühüm hissəsini təşkil 
edən beynəlmiləl terminlərin yaranmasında aparıcı mənbə 
ingilis dilidir. S.Sadıqova yazır: “Müasir dövrdə yaranan yeni 
beynəlmiləl termin və beynəlmiləl sözlərin mənbə dili ingilis 
dili hesab olunur. Onların vasitəsilə formalaşan yeni 
terminlərin beynəlmiləl termin statusu alması hadisəsi isə geniş 
yayılmışdır” [88,145]. 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
172 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin