Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
167
kaliqrafiya, stenoqrafiya, fitoqrafiya; -logiya- (yun. logos, söz,
təlim)-təlim, bilik, elm mənalarını bildirən mürəkkəb sözlərin
tərkib hissəsidir: geologiya, sosiologiya; veb (ing. web-tor,
şəbəkə) “internet məkanı, qlobal informasiya şəbəkəsi”
mənasında işlənir. Bəzi sözlərə qoşularaq “internet” şəbəkəsinə
aid olan anlayışlar yaradır: veb-sayt, veb-səhifə, veb-sənəd,
veb-kamera, veb-master; Bloq- “veb”, və “blog” sözlərinin
birləşməsindən əmələ gəlmişdir. Virtual şəbəkədə ardıcıl
informativ qeydlərin və yazışmaların aparıldığı gündəlik
mənasında işlənir: bloqer, bloqçu.
Alınma termin dilin öz sözləri kimi hallanmalı və
dəyişməlidir, bir sözlə, dilin özününküləşməlidir, lazım
olmayan və az işlək olan termini dilin lüğət tərkibinə daxil
edərək onu ağırlaşdırmağa ehtiyac yoxdur. Terminin işləklik
tezliyini mühüm hesab edən E.F.Karski isə qeyd edir ki, hətta
alınan termin dilin qanunlarına görə uğursuz və düzgün hesab
edilmirsə belə, əgər çox işləkdirsə o, dildə öz yerini tapacaq və
onu əvəzləmək mümkün olmayacaq [115,s.48]. Deməli, alınma
sözün tədqiqində mühüm şərt sözün mənimsənilməsinin
fonetik, semantik, morfoloji yollarını öyrənməklə yanaşı,
alınma terminin dilin söz yaradıcılığında iştirakı və onun
işlənmə dairəsinin müəyyənləşdirilməsi təşkil edir. Bu tip
alınma sözlərin böyük hissəsi İnternet telekommunikasiya
sahəsinə aid olur. Görünür, qloballaşma ən çox bu sahə üzrə
gedir.
Müasir Azərbaycan dilində alınma terminlərin işlənmə
məqamları müxtəlifdir. Bu da onların semantikasına əsaslanır.
Belə ki, dilimizdə işlənən alınma terminlər ifadə etdikləri
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
168
mənalarına görə müxtəlifdirlər. Bu baxımdan onları bir məna
ifadə edən və bir neçə məna ifadə edən terminlər olaraq
qruplaşdıra bilərik:
1. Bir məna ifadə edən terminlər: admin, autizm, avtokar,
banko, botoks, dekholder, devalvasiya, dicey, feysbuk, indeks;
2. Bir neçə məna ifadə edən terminlər: anderrayter,
apofeoz, brauzer, dekrement, diskont, frontal, imitator,
innovasiya, kazus, trafik;
Elə alınma terminlər vardır ki, onların Azərbaycan dilində
qarşılıqları yaradılmışdır məsələn: seleksiya- seçim, kvorum- ye-
tersay, inkrement- addım, klaviş- düymə, kompetensiya- səriştə,
korrektor- hamarlayıcı, kvest- güzəşt, presuppozisiya- ön mövqe,
registrator- qeydedici, virtual maşın- fərz edilən maşın və s.
Alınma terminlər dili zənginləşdirməklə yanaşı, eyni
zamanda onu ağırlaşdırır, öz kökündən ayırır. Bu isə milli dilin
xəlqiliyini, onun saflığını zərbə altında qoyur. Bu baxımdan,
dünya dillərinin təcrübəsinə əsaslanaraq, alınma terminlərin
milli dildə qarşılıqlarının yaradılması zərurəti yaranır.
Fikrimizcə, çox işlək olan alınma terminlərin dilə qəbulu
məqbuldur, amma az işlənən və dildə qarşılığı olduğu halda
yeni alınma terminə və ya sözə ehtiyac yoxdur. Alınma söz və
ya termin yeni anlayışla birgə işləklik hüququ qazana bilər,
ancaq bir neçə məna verən alınma terminlər dili ağırlaşdırır.
Beləliklə, elmi-texniki tərəqqi prosesində terminlər işlənmə
dairəsinə görə diqqət cəlb edir. Dilçilikdə terminologiyanın
inkişafı, termin yaradıcılığı istehsal sahələrinin fəaliyyəti, elm və
texnikanın informatika, kompüter texnologiyalarının sürətli
|