Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
170
terminlər
daxil olmuşdur, məsələn:
supervayzer, radar,
immiqrant, tranzit və s. Müxtəlif anlayış bildirən sözlərin və
ya xüsusi əhəmiyyətə malik sözləri ifadə etmə zərurəti də dil-
xarici səbəbin nəticəsidir. Bu tip prosesin nəticəsi kimi dildə
işlənən
lokal, pilot sözlərini misal göstərə bilərik
. Qloballaşma
dildə alınma sözlərin yaranmasında əsas rol oynayır. İnternetin
sürətli inkişafı alınma terminlərin yaranmasına
və sürətlə
yayılmasına səbəb olan əsas şərtlərdən hesab olunur.
Dildaxili səbəblərə isə
söz birləşməsi şəklində olan
anlayışı bir sözlə ifadə etmək zərurəti aiddir. Məsələn,
mahir
atıcı əvəzində
snayper,
avtoturistlər üçün mehmanxana
əvəzində
motel və s. sözləri işlədilir. Dildə mövcud alınma
morfoloji strukturların
Dilimizdə aralıq dili rus dili olan xeyli sayda alınma
terminlər var. Bu tip terminlərin bəziləri olduğu kimi, bəziləri
isə rus dilinin normalarına uyğun olaraq dəyişmiş və bu for-
mada dilimizə daxil olmuşdur. Mənbə dildən heç bir dəyişiklik
olmadan rus dili vasitəsi ilə dilimizə keçən alınma terminlərə
misal olaraq: aspect (ing.)- aspect (fr.)- аспект (rus)-
aspekt
(az.)- “əşya, hadisə və anlayışlara münasibət, nöqteyi-nəzər”,
component
(ing)-composant
(fr.)-
компонент
(rus)-
komponent (az.)- “bir şeyin tərkib hissəsi,
bir şeyi əmələ
gətirən hissələrdən hər biri”, control (ing)- contrôle (fr.)-
контроль (rus)- kontrol (az.)- “nəzarət, yoxlama, təftiş”, period
(ing)- période (fr.)-период (rus)-period (az.)- “müddət, vaxt”
və s.
Dəyişiklik edilərək rus dilindən alınan alınma terminlərin
əksəriyyəti dilimizə fonetik baxımdan uyğunlaşmışlar: