Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
165
qanun və normalarına uyğun olaraq dəyişdirilir. “Hazır
şəkildə” (hərfi alınmalar) o alınmalardırlar ki, onlar donor dildə
də, alınan dildə də eyni cür işlənirlər. Bu tip alınmaları
D.S.Lotte “hərfi alınma” adlandırır. Əgər alınan sözdə hər
hansı bir dəyişiklik olursa, çətin ki, biz bunu olduğu kimi
alınma hesab edək [120,s.10-11].
Sözlərin hazır şəkildə, heç bir dəyişiklik olmadan alınma
prosesi dilçilikdə ksenomaniya adlanır. Məsələn, trаnsfer
(transfer) – elə əməliyyаtlаrdır ki, bu zаmаn bir institusiоnаl
vаhid bаşqа bir institusiоnаl vаhidə əvəzində heç nə аlmаdаn
əmtəə, хidmət və yахud акtivlər (mаliyyə, yахud, qeyri-
mаliyyə) təqdim edir. Söz iqtisadi termin kimi alınarkən nə
məna, nə də forma baxımından dəyişilməyib.
Alınma terminlərin tədqiqi onların həm yazılış, həm də
tələffüzündə müəyyən dəyişmələrin baş verməsini göstərir.
Müxtəlif sistemli dillər olduğundan terminin bir dildən digərinə
keçməsi onun norma mənbələrinə uyğunlaşmasını tələb edir.
Əgər dildə hər hansı bir anlayışı, əşyanı bildirən münasib söz
yoxdursa, onu ifadə edə biləcək alınma söz müəyyən dərəcədə
assimilyasiyaya uğrayaraq həmin dilin lüğət tərkibinə keçir.
Alınmaların assimilyasiyaya məruz qalması dildə özünü
müxtəlif şəkillərdə göstərir [77,s.37].
Alınma terminlərin mənimsənilməsi dedikdə isə bu
sözlərin dilimizin normalarına tabe olması nəzərdə tutulur.
Alınma terminlər dil sisteminin müxtəlif səviyyələrində
fonetik, qrafik, orfoqrafik, qrammatik, semantik cəhətdən
mənimsənilir. “Mənimsəmə hadisəsinin mənimsə prosesi və
mənimsəmə dərəcəsi mərhələlərinə ayırmaq əlverişlidir.
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
166
Alınma terminlərin mənimsəmə dərəcəsi onların milli
sözlərimizlə fonetik, qrafik, morfoloji, semantik və s. cəhətdən
tutuşdurulması yolu ilə müəyyənləşdirilir. Burada milli sözlər
alınma terminlərin mənimsənilməsi meyarı üçün bir növ etalon
rolunu oynayır. Birinci mərhələdə dilimizə keçid zamanı
alınma termindəki dəyişikliklər nəzərə alınır. Bu mərhələnin ən
səciyyəvi əlaməti çoxmənalı terminin yalnız bir mənasının
alınmasıdır” [67,s.231].
A.A.Reformatski “əcnəbi sözlərin mənimsənilməsi”
dedikdə ilk növbədə onların sözalan dilin fonetik sisteminə,
qrammatik quruluşuna tabe olmasını nəzərdə tuturdu
[125,s.67]. Azərbaycan dilində mənimsənilmə prosesi iki
istiqamətdə baş verir. İlkin dövrdə zəruri hesab olunan söz,
şəkilçi və ya termin dilə daxil olur, onun fonetik, leksik, qram-
matik normalarına uyğunlaşır. Bu onun geniş kütlə tərəfindən
anlaşıqlı olmasını və işlək olma imkanını artırır. Söz o zaman
mənimsənilmiş hesab olunur ki, o, heç bir izahat olmadan
anlaşılsın. Sözün tam mənimsənilmə prosesi onun dilin söz
yaradıcılığı prosesində iştirak etməsi ilə bitir. Buna dilimizdə
bəzi sahələrə aid xüsusi sözlərin beynəlxalq morfemlər – taym
(-time), -şon (-tion), -ing (-ing), -men (-men), -meyker (-maker)
əsasında yaranmasını misal göstərə bilərik: imicmeyker,
klipmeyker, nyusmeyker.-qram (yun, gramma-cizgi, hərf,
yazılış)- qrafik təsvir, yazı bildirən mürəkkəb sözlərin tərkibi; -
qrafiya (yun.grapho-yazıram) -aşağıdakı mənaları verən
mürəkkəb sözlərin tərkib hissəsidir. 1) sözün birinci
hissəsindəki əşyanı təsvir, tədqiq edən elm, məs: biblioqrafiya,
etnoqrafiya; 2) yazının qrafik üsulla əks etdirməsi, çap üsulu:
|