Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə81/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   77   78   79   80   81   82   83   84   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
163 
telekommunikasiya sahəsi ilə bağlı hal-hazırda dilimizdə bu 
səpgidə alınmalar üstünlük təşkil edir. İngilis dili iqtisadi və 
beynəlxalq dil hesab olunur, belə ki bir çox bank fəaliyyətləri, 
brendlerin reklam dili bu dil əsasında qurulur. İngilis dili həm-
çinin beynəlxalq turizmin və şifahi tərcümənin dilidir. 
Sadalananlara əsasən ingilis dili alınma sözlərdə aktual və 
aparıcı dildir və onun dünya üzrə geniş yayılma arealına malik 
olması bu səbəblərdən qaynaqlanır. Dilimizdə işlənən ingilis 
mənşəli terminlərin öyrənilməsinin aktuallığı ondan ibarətdir 
ki, onlar ictimai məişətdə ümumişləkliyi ilə seçilir. Gündəlik 
tələbatlara əsasən internet, kompüter, kommunikasiya sahələri 
ilə bağlı çoxsaylı alınma sözlər işlədilir. Həmin terminlər dilə 
doğmalaşmış və dilin normalarına uyğunlaşaraq tam 
mənimsənilmişlər. Belə ki, Azərbaycan dilində bir qrup sözlər 
vardır ki, onlar alınma sözlər kimi dilimizə daxil olmuş, amma 
hal-hazırda dildə ümumişləklik qazanaraq, hətta elmi 
terminologiyanın formalaşmasında yaxından iştirak edirlər. Bu 
tip mənimsənilmiş alınma terminlər hal-hazırda dilin lüğət 
tərkibinin zənginləşdirilməsi üçün baza rolunu oynayırlar və 
yeni terminlərin yaranmasında iştirak edirlər. Məsələn, intensiv 
sözü ümumişlək söz kimi “gərgin, güclü, qızğın”, iqtisadi 
termin kimi isə “gərgin, gücləndirilmiş, kəsərli və məhsuldar” 
deməkdir [185,s.175]. İntensiv sözü dildə termin kimi özünə 
yer etməklə yanaşı, intensivləşdirilmə, intensivləşdirilmək, 
intensivləşdirmə, intensivləşdirmək, intensivlik sözlərinin 
yaranmasına səbəb olmuşdur.
Alınma sözlərə qarşı dil heç vaxt etinasız qalmır. Belə ki, 
bunların bəziləri dili korlamağa səbəb olsa da, digərləri siyasi, 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
164 
iqtisadi, mədəni şərtlər daxilində dilə daxil olmuşdur. Alınma 
terminlər, bir qayda olaraq Azərbaycan dilinin daxili inkişaf 
qanunlarına tabe olaraq, fonetik substansiyaya uğrayır, 
semantik baxımdan bəzən məhdudlaşır, bəzən isə yeni mənalar 
kəsb edir. Daha əvvəl dilə keçmiş alınma sözə yaxın mənalı 
sözün dilə daxil olma prosesi dildə alınma terminlərin paralel 
işlənməsi ilə nəticələnir. Məsələn, model- maniken; Sərgidə 
geyimləri sərgiləyən şəxs əvvəl model adlanırdısa, son vaxtlar 
maniken sözü də eyni anlamda işlənir: Yaxud, multiplikator-
animator; Multiplikasiya mütəxəssisi; multiplikasiyaçı; obraz-
imic; Obyektin insan şüurunda obyektiv inikas forması; surət; 
instruktaj-brifinq; təlimat, öyrətmə, təlim; 
Beləliklə, bir qrup alınma terminlər dilə heç bir dəyişiklik 
olmadan, digərləri isə alındıqları andan etibarən dilin 
normalarına uyğun dəyişdirilərək daxil olurlar. Bu baxımdan 
müasir Azərbaycan dilinin terminologiyasında alınma ter-
minləri üç qrupa ayırmaq olar: 
1. Hazır şəkildə- yəni olduğu kimi alınanlar; 
2. Assimilyasiya 
olunmuş- yəni dilin norma və 
qanunlarına uyğun mənimsənilənlər: 
a. Transkripsiya ilə (fonetik baxımdan mənimsənilənlər); 
b. Transliterasiya ilə (qrafik baxımdan mənimsənilənlər); 
c. Alınmaların 
semantik 
mənimsənilməsi 
(məna 
baxımından mənimsənilənlər); 
d. Tərcümə olunaraq mənimsənilənlər; 
3. Beynəlmiləl terminlər. 
Termin alındığı halda onun həm forması, həm mənası sabit 
qalır, mənimsənilmə prosesində isə ya forma, ya da məna dilin 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin