Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Reseptor dildə mövcud anlayışın yeni sözlə



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə77/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   73   74   75   76   77   78   79   80   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

4. Reseptor dildə mövcud anlayışın yeni sözlə 
adlandırılması halı dilə yeni terminlərin daxil olmasına 
səbəb olmuşdur. Məsələn, kino- sinema- hər hansı əhvalatı, 
ideyanın görüntülü formada lentə alınması prosesi əvvəllər rus 
dilinin dilimizə olan təsiri ilə əlaqədar olaraq kino termini ilə 
işlənirdisə, müasir dövrdə bu anlam ingilis dilinin təsiri ilə si-
nema sözü ilə əvəzlənib. Tender (tender) – hər hansı bir işin, 
xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi 
üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək 
həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə 
edilməsi məqsədilə keçirilən müsabiqədir. Son dövrlər 
müsabiqə sözündən daha çox tender ifadəsinə üstünlük verilir. 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
156 
5. Reseptor dildə mövcud sözün yeni mənada 
işlədilməsi yeni anlayışın yaranmasına səbəb olur, bu isə 
yeni mənalı terminin formalaşmasına zəmin yaradır. Belə 
ki, alınma prosesi təkcə sözün yad və ya əcnəbi dildən alınaraq 
işlədilməsi deyil, bura eyni zamanda mənanın alınması da 
daxildir. Bəzən eyni söz zaman keçdikcə fərqli mənada və ya 
yeni mənada işləklik qazanır. Bu proses dilçilikdə 
reterminləşmə adlanır. Əslində bu prosesdə söz deyil məna 
alınmış olur. XX əsrdə təyyarə sürən fransız dilindən alınan 
pilot sözü, müasir dildə yüksəksürətli sport maşın sürən 
idmançıya deyilir. Format sözü alman dilindən alınmış bu söz 
əvvəl yalnız nüsxə, kitab nəşrində ölçü vahidi mənasında 
işlənirdi. Hal-hazırda bu söz xarakter, görünüş, forma, 
həmçinin hər hansı tədbirin təşkili və təqdimat üsulları 
anlamında da işlənir.
6.Reseptor dildə alınma söz semantik inkişaf 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin