1. Reseptor
dildə
zərurət
əsasında anlayış və
məfhumun adlandırılması nəticəsində dilə alınma terminlər
daxil olur. XX əsr texnika və texnologiya əsri hesab olunurdu.
Yeni yaranan çoxsaylı anlayışlar və bu anlayışların
ictimailəşməsi,
daha
sonra
isə
qloballaşması onların
adlandırılması zərurətini yaratdı. Müasir kurikulum təhsil
sisteminin tətbiqi nəticəsində dilə çoxlu sayda təhsil sahəsi ilə
bağlı alınma terminlər daxil oldu. Məsələn, klaster, kurikulum,
summativ, blum, refleksiya, portfolio, holistik, rubrik; Eyni
zamanda, informatika, kompüter texnologiyaları ilə bağlı
terminologiyaya xeyli sayda alınma terminlər daxil olub:
multimedia (ing.multi+media), sensor (lat.sensus, duyğu,hiss)
elektron qurğularda həssas element, qəbuledici; spam
(ing.spam)-istifadəçinin razılığı olmadan şəbəkə vasitəsilə
elektron poçtuna göndərilən reklam xarakterli məlumatlar;
tvitter (ing.twitter-quş civiltisi) internetdə populyar sosial
şəbəkələrdən biri; yuzer (ing.user-istifadəçi) kompüterlə
müəyyən internet saytına daxil olmaq, proqram vasitələrindən,
istifadə etmək niyyəti olan şəxs, istifadəçi; fləş (ing.flash-
alışma, qığılcım); format (fr.format- görünüş, zahiri görkəm);
Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
153
giqabayt (yun.gig (nəhəng)+bayt) kompüterin yaddaş tutumunu
ölçmə vahidi; haker (haker-hücum edən) dağıdıcı proqramlar
hazırlayaraq internetdə informasiya sistemləri və ya şəbəkəni
sıradan çıxarmaq məqsədi güdən şəxs; feysbuk- insanların
internet vasitəsilə bir-biri ilə əlaqəsini, yazışmasını, fikir
mübadiləsini təmin edən sosial şəbəkə və s.
Müasir dövrdə istər çap, istər elektron mətbuatda tez-tez
işlək olan yeni terminlərə vaxtaşırı rast gəlirik. Məsələn,
hedlayn (ing.headline-qəzet başlığı) əsas hadisələri, hadisənin
ən önəmli məqamını mediada bir sətirlə vermək, cinql
(ing.jingle-cingilti) reklam anonslarını müşayət edən və tez-tez
təkrarlanan qısa musiqi çağırışı və s. Bu qəbildən olan fləş sözü
müasir ədəbi dildə iki anlamda işlənir. Belə ki, informatika
termini kimi “rəqəmli daşıyıcı”, KİV-də isə “təcili qısa xəbər,
jurnalistin hər hansı hadisə barədə göndərdiyi təcili, yığcam
məlumat” anlamında işlənir.
İqtisadiyyat sahəsi ilə bağlı dilə xeyli sayda alınma
terminlər daxil olub, məsələn: loqotip (ing.logotype-nişan),
piar (ing.piar-ictimaiyyətlə əlaqələr), qrant (ing.grant-hədiyyə,
bəxşiş), diler (ing.dealer, tacir, paylayıcı) hər hansı müəssisə,
firma və ya satış şirkətinin başqa ölkədəki təmsilçisi,
nümayəndəsi; agent (sığorta agenti)-müvafiq lisenziyası olan
və sığortaçıya sığorta müqaviləsinin bağlanması, yenilənməsi
və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs;
broker (sığorta brokeri) – müvafiq lisenziyaya malik olan və
sığorta (təkrar sığorta) müqaviləsinin bağlanması, yenilənməsi
və ya davam etdirilməsi üçün sığortalıya (təkrar sığortalıya)
vasitəçilik xidməti göstərən şəxs və s. Hətta hər hansı
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
154
beynəlxalq səviyyəli hadisə hər hansı bir sözün yaranmasına
stimul ola bilər. Məsələn, 2008-ci ildə Dünya Çempionatı
ərəfəsində mondial (ing. Mondial, frans mondiale-
“beynəlxalq”) sözü işlənməyə başladı.
Bəzi alınma sözlər dəb və tendensiya ilə bağlıdır, məsələn:
designer (dizayner)- forma, üslub, tendensiyanı müəyyən edən
şəxs, elegant (elegan)- şıq, zərif, sadə, style (stayl)-tərz, üslub,
stil, moda, stliste (stilist)- tərzi müəyyən edən şəxs, tendance
(tendensiya)-axın , trend (trend)- son dəbi izləyən üslub,
podium (podyum)- platform, düzlük və s.
Dostları ilə paylaş: |