Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
146
Müasir dildə logistika sahəsi ilə bağlı dilə xeyli sayda
alınma terminlər daxil olmuşdur:
brutto çəki, hay-bey tipli
anbar, heycuka, hedc, inkoterms, indossament, implosion,
konosament, konsol stellaj, kros-dokinq, kros-treyd, vaninq,
vendor;
Eləcə də beynəlxalq iqtisadi münasibətlərin formalaşması
və inkişafı ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının qarşılıqlı əlaqə
və asılılıqlarının güclənməsi bu sahə ilə bağlı yeni termin və
anlayışların dilə daxil olmasına zəmin yaratdı. Məsələn:
likvidasiya, blotter, keptiv, konsern, kontragent, deflyator,
dilinq, debitor, diskont, fiksinq, frirayder, lodinq, overdraft,
benefit və s. İqtisadi termin və anlayışlara müxtəlif mənbələrdə
fərqli, hətta müəyyən hallarda bir-birinə ziddiyyət təşkil edən
yanaşmaların mövcud olması bu sahədə aparılan araşdırmaları
aktuallaşdırır.
Müstəqillik
qazanmaq, qloballaşmaq, dünyaya inteqrasiya
etmək dilə yeni terminlərin daxil olmasını daha da
sürətləndirdi. Hər bir yeni anlayış
və məfhumu ifadə etmək
üçün yeni söz lazımdır. Bütün bunlar dilin leksik
populyasiyasını genişləndirir. Yeni sözlərin və söz
birləşmələrinin yaranması müasir inkişaf və tərəqqinin nəticəsi
kimi dil daxili prosesləri stimullaşdırmaqla yanaşı söz
yaradıcılığı, onun işləklik dərəcəsinin və semantik baxımdan
dəyişilməsi proseslərinə də təsir edir. Avropaya inteqrasiya
müasir Azərbaycan dilinin
kommunikativ və praqmatik
xarakterinin dəyişməsinə səbəb oldu. Kütləvi informasiya
vasitələrinin
çoxalması
və
intensivliyi,
internet
və
kommunikasiya vasitələrinin əhatə dairəsinin genişlənməsi