Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
142
aid olan demoqrafik hadisədir. Bu hadisə “bu və ya digər
işgüzar fəallığın xalis dayandırılması, ya da “qeyri-xalis”, yəni
bir vahidin digəri tərəfindən unudulması, yaxud müəssisənin
bölməsi” kimi izah olunur.
Beləliklə, aydın olur ki, transterminləşmə hadisəsində hər
bir termin yenidən başqa sahə üzrə terminləşir.
Eyni termin
müxtəlif definitiv mənaya malik olur və müxtəlif sahələrə
məxsus olur. Burada sözlər tam fərqli mənalı sözlər hesab
olunurlar. “Transterminləşmə prosesində sözün semantikasının
yəni mənanın xüsusiləşməsi zəruri elementdir. Çünki semantik
konversiya prosesində termin-anlayış münasibəti təyin edilir,
terminin mütləq müəyyən sahə terminologiyasında definisiya
əsasında təyin edilən mənası olmalıdır” [85,s.33].
Deyilənləri ümumiləşdirsək,
belə qənaətə gələrik ki,
birinci və ikinci qrup sözlərdə nominativ məna əsasında əlavə
məna yaranmış və bu əlavə məna müəyyən sahə üzrə
xüsusiləşmiş və xüsusi anlayışı ifadə edən xüsusi mənalı sözə
çevrilmişlər. İkinci qrup sözlərdə definitiv məna nominativ
mənanı üstələyir. Üçüncü qrup sözlərdə nominativ məna ilə
əlaqə tam itir. Burada əsas və əlavə məna arasında heç bir əlaqə
yoxdur. Bu baxımdan üçüncü və dördüncü qrup sözlər arasında
oxşarlıq var. Bu cür məna dəyişməsi
hadisəsi omonimliyə
bənzəyir. Ancaq üçüncü qrup sözlərdə olan omonimlik hadisəsi
ilə dördüncü qrup sözlərdəki omonimlik prosesi arasında fərq
vardır. Üçüncü qrup sözlərdə omonimlik hadisəsi ümumişlək
söz və termin səviyyəsində, dördüncü qrup sözlərdə isə bu ha-
disə terminlə termin səviyyəsində baş verir. Birinci halda
yalnız anlayış, məna fərqliliyi müşahidə olunursa da,
ikinci