Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
138
musiqi sahəsində “mürəkkəbləşdirən, gözəlləşdirən ritmik-
melodik element”,
rəssamlıq və
heykəltəraşlıqda “insan və ya
heyvan təsviri”, idmanda “piyadadan
fərqli olaraq şah, vəzir,
top, fil”,
riyaziyyatda “müstəvinin qapalı xətlə məhdudlaşmış
hissəsi; habelə müəyyən qaydada düzülmüş nöqtələrin,
xətlərin, səth və cisimlərin hamısı bir yerdə” mənalarında
termindir [153,s.195]. Göründüyü kimi, söz eyni anda müxtəlif
elmi istiqamətlər üzrə xüsusi məna kəsb etmişdir.
Terminin mənasını dəyişməsi birbaşa anlayışla bağlı olan
prosesdir. D.S.Lotte məna dəyişikliyi hadisəsini aşağıdakı
hallarda məqbul sayır:
1. Terminin ifadə etdiyi məna dəyişirsə;
2. Həmin anlayış artıq köhnəlirsə;
3.
Texniki-fiziki-anoloji
xüsusiyyətlərin
xarici
xüsusiyyətlərlə vəhdəti nəticəsində terminin mənası dəyişir və
bir sferadan digər sferaya daşınır [120,s.17]; Bildiyimiz kimi,
terminin müxtəlif mənalarda müxtəlif
sahələrdə xüsusiləşməsi
transterminləşmə
adlanır.
Dilimizdə
terminlərin
transterminləşməsini mənşə etibarilə iki qrupa bölmək olar:
1.
Milli
terminlərin
transterminləşməsi;
Milli
terminlərin
transterminləşməsi prosesi zamanı müxtəlif sahələr üzrə
terminləşən söz milli dilə aid olur. Məsələn:
ayaq sözü
musiqi
sahəsində “muğam ifaçılığında işlədilən xüsusi musiqi ifadəsi,
sonluq”
biologiyada sahəsində “heyvanlarda dayaq və hərəkət
orqanı” anlamında termindir [187,s.11], [160,s.90]. Yaxud da,
uçuş sözü
idmanda “alpinizmdə dağ yalı sıldırımının sərt
artması”,
aviasiyada isə “uçuş qurğusunun yerdən ayrıldığı
andan yerə endiyi ana qədər olan hərəkət prosesi” deməkdir