Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
133
hesabına yaranan terminlər də az deyil. Misal olaraq, bənd sözü
dənizçilik termini kimi isə “zədələnmə və ya material dağılması
baş verdiyi təqdirdə mayelərin yığılması üçün saxlama çəninin
ətrafına çəkilən lokallaşdırıcı sədd” kimi izah olunur. Eyni sözə
digər elm sahələrində də rast gəlinir. Belə ki, anatomiyada
bənd “skelet sümüklərinin oynaq yerləri, buğum,” hüquq
sahəsində isə “qanun məcəlləsinin, yaxud hər hansı bir mətnin,
sənədin və s-nin rəqəm və ya hərflə ayrılan kiçik hissəsi,
maddəsi” anlamında termindir. Beləliklə, göründüyü kimi bu
söz üç səviyyədə transterminləşmişdir [152,s.275], [173,s.2].
Dənizçilik, anatomiya və hüquq sahələrində eyni termin müx-
təlif anlayışları ifadə etmişdir.
Transterminləşmə
haqqında
S.Sadıqova
yazır:
“Transterminləşmədə başlıca prinsip termin yaratmada
anlayışın müəyyən əlamətə görə oxşarlığına istinad
olunmasıdır. Müşahidələr göstərir ki, məna köçürmələrində ən
çox əşyanın zahiri və funksional oxşarlığı əsasında
transterminləşmə üstünlük təşkil edir” [91,s.33] Məsələn,
dənizçilik sahəsində bəzi sözlər əvvəlki mənaları ilə birgə,
bəzən isə fərqli mənada terminləşmişdir. Məsələn, dövrə
sözü“çevrə, dairə, ətraf, həndəvər, yan”, “bir şeyin dışarıdan və
ya içəridən dörd tərəfi” mənalarında işlənir[152,s.691]. Bu söz
dənizçilikdə “flüidlərin (əsasən də qazma məhlulunun) qazma
sütunu daxilinə endiyi və borular arasındakı fəza vasitəsilə
səthə geri qayıtdığı yol” anlamında termindir [173,s.3].
Göründüyü kimi, söz ümumişlək mənasından tam fərqli
mənada xüsusiləşmişdir. Yaxud, istiqlal sözü müstəqillik,
istiqlaliyyət deməkdir. Dənizçilik sahəsində bu sözə daha fərqli
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
134
mənada “qabaqlayıcı quyuların qazılması üçün istifadə olunan
səyyar yarımdalma qazma qurğusu” kimi rast gəlinir [173,s.5].
Dil yalnız leksik cəhətdən yeni söz kimi meydana çıxan
vahidlər hesabına deyil, həm də əvvəlcədən mövcud olan
sözlərin mənaca dəyişməsi və yeni məna alması ilə zənginləşir.
Beləliklə, əvvəl mövcud olan sözlə yeni anlayış, yeni məfhum
ifadə olunur. Yəni əvvəlcədən dildə mövcud olan söz müəyyən
elmi sahə üzrə xüsusiləşir. Bu baxımdan, H.Həsənov dilimizin
terminoloji leksikasını üç qrupa ayırır: 1.Ümumişlək leksika;
2.Ümumi elmi leksika; 3.Terminoloji leksika [36,s.54].
Dildə əvvəl mövcud olan sözlər hesabına terminoloji
leksikanın zənginləşməsi torpaqşünaslıq elmində də nəzərə
çarpır. Ətraf mühitin mühafizəsi, ekologiya problemləri
torpaqşünaslıq elminin daha da aktuallaşmasına səbəb oldu.
Torpaqşünaslıq elmində xeyli sayda ümumişlək söz və ya peşə-
sənət sözlərinin terminləşməsi halına rast gəlinir. Məsələn, “bir
çox xalqların təsərrüfat fəaliyyətləri (heyvandarlıq) ilə əlaqədar
olan həyat tərzi” anlamında işlənən köçərilik sözü buna misal
ola bilər. Köçərilik ibtidai icma quruluşu dövründə ilkin ictimai
əmək bölgüsü zamanı meydana gəlmişdir. Afrika və Asiyanın
bir çox inkişaf etməkdə olan ölkələrində hələ də, qalmaqdadır
[214,s.71].
Otlaq “mal-qaranın otarılması üçün istifadə olunan və ot
durumuna malik təsərrüfat yeri”, quruluq “iqlimin səciyyəvi
əlamətləri ilə şərtlənən ərazinin daimi xarakteri” mənalarında
termindirlər [214,s.76,87]. Quruluq sözü, həmçinin “quru,
yaxud qurumuş şeyin halı” mənalarında da ədəbi dildə işləkdir
[214,s.87]. Yaxud da, suvarma “bitkilərin rütubətlə təminatı və
|