Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
143
halda isə anlayış, məna fərqliliyi ilə yanaşı sahə fərqliliyi də
nəzərə çarpır.
Ümumişlək sözlərin terminoloji funksiya daşıması bir çox
elm sahələrində, xüsusilə, humanitar və sosial elm sahələrində -
maliyyə, iqtisadiyyat, coğrafiya, biologiya və s. müşahidə
olunur. Lakin bu həmin terminlərin elmi aspektdə işlənməsinə
məhdudiyyət qoymur, əksinə elmi anlayışı daha konkret ifadə
etməyə xidmət edir. Sözlərin qanunauyğun şəkildə
əlaqələnməsi isə dilin bütün inkişaf dövrlərində gerçəklik,
təfəkkür və dil həddinin qarşılıqlı təsirindən asılıdır. “Dilin
lüğət tərkibində olan sözlərin terminə “çevrilməsi”-semantik
transformasiya, ayrı-ayrı terminlərin bir sahə leksikasından
ayrılaraq digər sahənin leksik sisteminə keçməsi sahələrarası
“termin gəzişməsi” daha çox milli dilin daxili imkanlarına, onu
gerçəkliyi əks etdirmə gücünə işləklik və anlaşıqlıq gücünə
söykənir” [53,s.50]. Beləliklə, aydın olur ki, müasir dövrdə
terminoloji leksikanın inkişaf istiqamətlərindən biri də
ümumişlək sözlərin müəyyən sahələr üzrə terminləşməsi pro-
sesidir. Bu zaman söz terminə xas xüsusiyyətləri özündə əks
etdirərək müxtəlif sahələr üzrə spesifikləşir. Dilin daxili
imkanları əsasında termin yaradıcılığı əsas və aparıcı mənbə
hesab olunur. Bu mənbə ümumxalq dilinə əsaslanır.
Ümumxalq dili əsasında termin yaradıcılığı deyərkən dildə
mövcud olan sözlərin məna və ya struktur dəyişikliyi əsasında
elm və texnikanın konkret sahələrində spesifik termin kimi
işlədilməsi nəzərdə tutulur. Terminlərin yaradılması prosesi
ümumişlək
sözlərin
yaradılması
prosesindən
daha
mürəkkəbdir. Əgər ümumi ədəbi dildə söz yaradıcılığı
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
144
prosesində hər hansı söz yaradılarkən dildə mövcud olan söz
yaradıcılığı üsulları kifayət edirsə, termin yaradıcılığı prosesində
bu üsullar kifayət etmir. Çünki termin yaradıcılığı daha geniş
mənanı ifadə edir. Ə.Dəmirçizadə yazır: “Dilin öz lüğət
ehtiyatından alınıb terminə çevrilmiş sözlərin həmin dildə
müxtəlif məqamlarda işlənmə imkanı başqa dildən alınma
terminlərə nisbətən daha çox olduğundan belə sözlərin
məqsədəuyğunluğu əsasında termin kimi, ya ümumişlək söz kimi
işlədilməsinə ehtiyatla yanaşmaq və sözü işlədərkən bütün bu in-
cəlikləri nəzərə almaq lazımdır” [20,s.63]. Çünki ümumişlək söz
terminə çevrilərkən onlar elmi sistemdə müəyyən məna kəsb edir
və bununla da sözün əvvəl qeydə alınmış mənasına yeni bir məna
əlavə olunur. Ümumiyyətlə, terminologiya ilə məşğul olan mü-
təxəssislərin gəldikləri ümumi qərara əsasən, milli termin
yaradıcılığı ümumi ədəbi dilə əsaslanmalıdır. S.Sadıqova yazır:
“Terminalma dilin terminoloji sisteminin zənginləşməsi yo-
llarından biri olsa da termini ifadə edə bilən bu üsuldan imkan
daxilində az istifadə edilməsi məqsədəuyğundur. Dilin daxili
imkanları hesabına yaranan terminlərə üstünlük verilməlidir”
[204,s.7]. Bu həm terminlərin asan tələffüz edilməsinə, həm də
tez yadda saxlanılmasına kömək edir.
Deyilənləri ümumiləşdirsək, belə qərara gələrik ki,
ümumişlək sözlərin terminoloji funksiya daşıması bütün elm
sahələrində müşahidə olunur. Bu isə öz növbəsində elmi an-
layışı daha konkret ifadə etməyə yardımçı olur. Eyni zamanda
yeni yaranan anlayışın alınma sözlərlə deyil, dildə mövcud
olan sözlərin mənaca dəyişməsi, semantik inkişafı ilə yar-
anmasına səbəb olur.
|