Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
149
sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə
inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi,
elm sahələrində terminoloji bazanın da inkişafına təsir
göstərmişdir. Bu nəzərə alınaraq, Azərbaycan dilində işlənən, o
cümlədən yeni yaranan terminlərin toplanması, aprobasiyası və
tətbiqinin
sürətləndirilməsi
dilimizdəki
elmi-texniki
anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini həyata
keçirmək dövrün tələbidir. Azərbaycan dilində işlənən ingilis
dili mənşəli texniki terminlər ilk dəfə Ş.Mustafayeva “Müasir
Azərbaycan dilində ingilis dilindən alınma texniki terminlər”
əsərində həm tarixilik, həm də müasirlik baxımından, o
cümlədən də həm nəzəri, həm də praktik aspektdə araş-
dırılmışdır. Dissertasiyada ingilis dili mənşəli texniki
terminlərin ümumi tarixi-linqvistik təhlili istiqamətində,
həmçinin leksikologiya, semasiologiya, leksikoqrafiya, termin-
söz yaradıcılığı ilə bağlı bir sıra məsələlər əyani şəkildə tədqiq
edilmişdir [77].
Azərbaycan dilçiliyində Avropa dillərindən söz alınmasına
ilə bağlı N.A.Məmmədovun “Müasir Azərbaycan dilində
alınma terminlər” adlı tədqiqat işi vardır ki, burada müasir
Azərbaycan dilində Avropa mənbəli terminlərin təsnifatı,
alınma amilləri, genealoji tərkibi, arealları, struktur-semantik
xüsusiyyətləri, termin hissəciklərinin, formantların termin ya-
radıcılığında funksiyası tədqiq edilmişdir. Müəllif beynəlmiləl
sözlərin Azərbaycan dilində struktur modellərindən, fonetik,
morfoloji və leksik-semantik xüsusiyyətlərindən ümumiləşmiş
şəkildə bəhs etmişdir [69]. R.Cəfərov isə namizədlik disser-
tasiyasında Azərbaycan dilinin texniki terminologiyasında
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
150
Qərbi Avropa mənşəli sözlərin rolundan və onların yaranma
yollarından danışmışdır [15]. Müasir Azərbaycan dilçiliyində
Avropa mənbəli leksik alınmalar problemi daha əhatəli və
sanballı
A.Qarayevin
doktorluq
dissertasiyasında
araşdırılmışdır [45].
Bir xalqın digər xalqlar ilə ictimai-sosial əlaqəsi
nəticəsində yeni anlayış və məfhumlar mənimsənilir. Bu alınan
yeni məfhumları adlandıran alınma sözlər nəinki dildə işləklik
qazanaraq onun normalarına uyğunlaşdırılır, hətta yeni sözlərin
yaranmasında da iştirak edirlər. Sözalma prosesi müxtəlif
yollarla və müxtəlif üsullarla həyata keçirilir. Buraya şifahi və
yazılı nitq də aiddir. Şifahi yolla sözalma daha tez baş verir.
Amma bu proses fərdi xarakter daşıdığından şifahi yolla
alınmış sözlərin yazılı nitqə keçmək ehtimalı bəzən az olur.
Bəzən şifahi yolla alınmış söz dildə jarqon səviyyəsini aşa
bilmir və müəyyən qrup, ərazi üzrə spesifikləşməklə
kifayətlənir. Bu baxımdan dilçilikdə müasir dövrdə slənq
(slang) anlayışı yaranmışdır. Slənq (slang)- müəyyən qrup
ərazi və ya əhali arasında işlək olan müəyyən sosial təbəqə
tərəfindən qəbul olunan qeyri-formal nitqdir. Bəzən bu slənqlər
ədəbi dilə daxil olur, bəzən isə yox. Bu hal daha çox internet və
kommunikasiya sahələrində baş verir. Məsələn, skrinşot
anlayışı ilk dəfə slənq olaraq ingilis dilində formalaşmışdır.
Daha sonra bu söz kompüter anlayışı olaraq bütün dünyaya ya-
yılmışdır. Qeyd etdiyimiz kimi, sözlər başqa dillərdən həm
şifahi, həm də yazılı nitq vasitəsi ilə alınır. Şifahi yolla alınan
sözlər nisbətən tez mənimsənilir. Onlar söz alan dilin qu-
ruluşuna tez uyğunlaşır, onun normativ və qanunlarına tabe
|