Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə1/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
  1   2   3   4   5   6   7   8   9   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTU 
 
 
VƏFA ABDULLAYEVA-NƏBİYEVA 
MÜASİR AZƏRBAYCAN DİLİNDƏ 
TERMİNOLOJİ LEKSİKANIN 
İNKİŞAFI
 
 
 
 
 
 
 
 
 
BAKI – 2020 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı

 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab ailəmə, xüsusilə anam Ədibə xanım Abdullayevanın 
əziz xatirəsinə ithaf olunur. 
 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 

 
Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyası 
 Nəsimi adına Dilçilik İnstitutunun
Elmi Şurasının 04 mart 2020-ci il tarixli 2№-li qərarı ilə çap 
olunur 
 
 
Elmi redaktor: 
Sayalı Allahverdi qızı Sadıqova 
filologiya üzrə elmlər doktoru, professor 
 
Rəyçilər: 
Məhərrəm Əvəz oğlu Məmmədov 
filologiya üzrə elmlər doktoru, professor 
 
Həbib Adil oğlu Mirzəyev 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
 
 
Vəfa Ariz qızı Abdullayeva - Nəbiyeva. Müasir Azərbaycan 
dilində terminoloji leksikanın inkişafı. AzMİU "Nəşriyyat-Poliqrafiya 
Mərkəzi", Bakı, 2020, 239 səh. 
ISBN 978 9952 37 4858 
Monoqrafiya müxtəlif sahələrə aid çoxdilli və izahlı lüğətlərdə, eləcə də 
Azərbaycan dili terminologiyası ilə xarici dil terminologiyasının müqayisəsini əhatə edən 
hər hansı metodik vəsaitin, lüğətlərin hazırlanmasında, Azərbaycan dilinin lüğət 
tərkibinin dəqiqləşdirilməsində, terminologiya və leksikologiyaya aid dərsliklərin, eləcə 
də metodik vəsaitlərin yazılmasında istifadə oluna bilər. Həmçinin monoqrafiya 
Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin 
yaradılmasında da lazım ola bilər. 
 

© AzMİU "Nəşriyyat-Poliqrafiya Mərkəzi"

2020
 


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı

GİRİŞ 
 
Bazar iqtisadiyyatına keçid, intellektual fəaliyyət sahələri-
nin yaranması və çoxalması, videotexnika, kompüter 
texnikasının inkişafı, internetin geniş vüsət alması, sosial-
psixoloji inkişaf yeni anlayış, məfhum, söz və terminlərin 
yaranmasına səbəb olur. Bu anlayışların adlandırılması zərurəti 
dildə terminologiyanın müxtəlif istiqamətlər üzrə inkişafına 
zəmin yaradır. Terminologiyanın inkişaf istiqamətləri elm və 
texnikanın, informatika, kompüter texnologiyalarının sürətli 
tərəqqisi ilə bilavasitə əlaqədardır. Müasir Azərbaycan dilinin 
terminoloji leksikasının inkişaf istiqamətləri dilin daxili 
imkanları və alınmalar olmaqla iki yerə bölünür. İstər dilin 
daxili imkanları hesabına, istərsə də alınmalar hesabına olan 
termin yaradıcılığı prosesi müəyyən norma və qaydalar 
əsasında tənzimlənməlidir. Alınma terminlərin yad söz kimi 
dildə işlənmə məqamı tənzimlənmə tələb etdiyi kimi, dilin öz 
sözlərinin terminləşmə prosesində də müəyyən tələb və 
normalar nəzərə alınmalıdır. Dilin daxili imkanları əsasında 
termin yaradıcılığı dildə milliliyin qorunmasını təmin etməli, 
mövcud olan sözlərin terminləşməsi prosesində terminləşən sö-
zün anlayışı nə dərəcədə dolğun ifadə etməsi, onun yeni 
mənasının cəmiyyət tərəfindən nə dərəcədə qəbul olunması, 
həmçinin dildə anlaşılmazlıq yaratmaması əsas şərtlərdən 
hesab olunmalıdır. Bu baxımdan müasir dövrdə dilin daxili 
imkanları-istər dialekt sözləri, istərsə də ümumişlək sözlər 
hesabına terminoloji leksikanın inkişafı öz aktuallığı ilə diqqəti 
cəlb edir. 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 

Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması, planlı 
iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, informasiya əsrinin 
tələbləri, informasiya və kommunikasiya texnologiyalarının 
müasir cəmiyyətdə rolu və əhəmiyyəti, müstəqil həyatda zəruri 
sayılan ilkin texniki və texnoloji biliklərin tətbiq edilməsi, 
təhlükəsizlik texnikası qaydalarına riayət etməklə, gündəlik 
məişətdə vacib olan texnoloji işlərin yerinə yetirilməsi və s. kimi 
hallar müasir dövrdə Azərbaycan dilinin terminologiyasının in-
kişafına səbəb olur. Kütləvi informasiya vasitələrinin çoxalması 
intensivliyi, internet və kommunikasiya vasitələrinin əhatə 
dairəsinin genişlənməsi dildə sözalma-terminalma prosesini 
aktivləşdirir. Baş verən siyasi-iqtisadi, texnoloji proseslər dilə 
yeni terminlərin keçməsini zəruriləşdirir və bu səbəbdən alınma 
terminlərin dildə işlənməsi terminoloji leksikanın inkişafının 
əsas istiqamətlərindən hesab olunur. Bu baxımdan bu gün 
müasir Azərbaycan dilinin terminoloji leksikasının nəzəri 
aspektlər üzrə araşdırılması vacib məsələlərdən hesab olunur. 
Çünki son dövrlərdə dilimizə çoxlu sayda alınma terminlər daxil 
olub və olmaqdadır. Keçən əsrdə alınma terminlərin əksəriyyəti 
rus dilindən alınırdısa, müasir dövrdə rus dilindən uzaqlaşma 
meyli güclənmiş və Avropa dillərindən termin mübadiləsinə 
üstünlük verilmişdir. Dilə daxil olan hər bir terminə diqqətlə 
yanaşmaq, eyni zamanda bu cür terminləri müəyyən standart və 
normalara uyğunlaşdırmaq, həm dialekt sözləri, həm də 
ümumişlək sözlər hesabına termin yaradıcılığı proseslərini 
müəyyənləşdirmək zərurəti yaranmışdır. Bununla yanaşı termin 
yaradıcılığı prosesində uyğunsuzluq özünü göstərir. Bu tip linq-
vistik proseslərin tənzimlənməsi müasir terminologiyanın əsas 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin