Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə9/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   5   6   7   8   9   10   11   12   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
21 
sahələrdə terminlərin ingilis dilindən tərcümə olunaraq 
mənimsənilməsi prosesi müşahidə olunur: administrator- 
inzibatçı, hot keys- qaynar klavişlər, mause-siçan, drunk 
mouse-sərxoş (tutqun) maus və s. Söz və anlayış arasında as-
sosiativ əlaqə termin yaradıcılığının mərkəzində dayanır. 
Termin anlayışa uyğun gəlmədikdə onu yeni terminlə əvəzləmə 
zərurəti yaranır. S.Sadıqova yazır: “sərxoş maus-kompüter 
mausunun kontakt şarının tutulması və ya çirklənməsi zamanı 
mausa verilən addır. Burda işlənən “sərxoş” termini anlayışı 
düzgün ifadə etmədiyinə görə “tutqun” termini ilə əvəz etmək 
daha münasibdir. Çünki anlayışlar adlandırılarkən terminlə an-
layış arasındakı uyğunluqlar nəzərə alınmalıdır” [204,s.5]. 
Alınma sözün milli vahidlərlə əvəz olunması o zaman uğurlu 
olur ki, yeni yaranan söz struktur və semantik baxımından alın-
ma sözü tam ifadə edə bilsin.s.Quliyeva yazır: “Semantik və 
struktur normalar pozulduğu halda əvəzolunma məqsədi ilə 
yaradılan terminlər mənimsənilmir, varianta, sinonimə, paralelə 
və ya dubletə çevrilir” [55,s.41]. 
Elm və texniki kəşflərin çoxluğu alınma terminlərin 
yaranmasına səbəb olur. Son illər kompüter və texnologiya 
sahələrinin inkişafı ilə əlaqədar terminologiyada yüzlərlə 
anlayış, məfhum yaranmışdır. Bu məfhumları ifadə edən 
terminlərin bir çoxu başqa dildə necə işlənirsə, eləcə də alınıb 
işlədilir. Məs.: internet, ZIP, dog tag, disk, adapter, 3G, tester, 
spam, modem, punktir, aplet, sensor, eqosörfinq, coystik, 
eksployt, friker, sniffer, bruter, mantissa, teq, ossiloskop; 
Göründüyü kimi, nümunədəki sözlər alındığı dildə olduğu kimi 
reseptor dildə də işlənir və onun qarşılığı olmur. Alınma 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
22 
terminlərin digər qismi isə dilin fonetik, qrafik, qrammatik 
normalarına uyğun olaraq mənimsənilir. Son dövrlər alınma 
terminlərin mənimsənilməsi prosesində transkripsiya və 
transliterasiya ən çox müraciət olunan vasitələrdir. Hər bir söz 
transliterasiya edilərkən ana dilinin tələbləri-tələffüz və 
qrammatik cəhətləri, yazının isə qrafik xüsusiyyətləri nəzərə 
alınır. Veb-brauzer, vay-fay, tvist, tvitter, skayp, skrinşot, selfi 
və s. tipli sözlər milli dildə bu üsul vasitəsilə mə-
nimsənilmişdir. 
Bir qrup alınma terminlər isə transkripsiya olunaraq mənbə 
dildəki formasını itirərək fonetik dəyişikliyə məruz qalırlar: 
veb-sayt, tyutor, stəndap, qap, keş və s. Bu prosesin mahiyyəti 
haqqında A.Qurbanov yazır: Tədqiqatlar, elmi nəticələr də 
sübut edir ki, fonetik transkripsiyadan məharətlə istifadə 
olunması hər bir dilin incəliyi ilə eşidilməsinə, duyulmasına və 
qavranılmasına kömək edir” [60,s.447].  
Bəzi alınma terminlərin milli dildə qarşılıqları var. 
Fikrimizcə, bu tip alınma terminləri işlətməyə ehtiyac yoxdur. 
Məsələn, virtual-mümkün, mobil- sürətli, informator-məlumat 
verən, informasiya- məlumat-xəbər, plenar-geniş və s. 
İ.Abdullayeva bu cür hallara münasibətdə haqlı olaraq qeyd 
edir ki, dilə biganə yanaşmaq olmaz. Dilin lüğət tərkibində 
olduğu halda digər sözlərin dilə daxil olması həm onun 
saflığına xələl gətirir, həm də sadə xalq nümayəndələri üçün 
onu çətin anlaşılan edir” [3,s.24]. Zənnimizcə, yalnız ehtiyac 
duyulduqda alınma söz və terminlərə müraciət olunmalıdır. 
Alınma terminlərin özünəməxsus struktur xüsusiyyətləri 
vardır. Onlardan bir qismi mənbə dildə sadə, digərləri isə 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin