Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə17/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   13   14   15   16   17   18   19   20   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
37 
sonsuz və saysızdır, başqa sözlə desək, əvvəlcədən görmək 
olmaz ki, onlar harada bitəcək. Sözün müəyyən sərhədə qədər 
dəyişə biləcəyini düşünmək sadəlövhlük olardı, guya ki, onu 
sonrakı dəyişmələrdən qoruyan nəyisə var” [89,s.36]. 
Dialekt sözlərini ədəbi dildə işlədərkən onu dilin fonetik 
quruluşuna uyğunlaşdırmaq lazımdır. Çünki ədəbi dildə 
variantlar məqbul sayılmır və məfhum bir terminlə ifadə edil-
məlidir. Aşağıdakı nümunələrdə dialekt sözlərin fonetik 
variasiyaları və ədəbi dildə işlənmə formaları müqayisəli 
şəkildə izah olunur: 
Yuxarı məxrəc samitlərinin k'-q-g-ğ-y əvəzlənmələri dil 
tarixi hadisəsi olub izlərini dialektlərdə saxlamaqdadır. K>g, q, 
x', x, y; Sözlərin axırında g, x' və ya y səsinin işlənməsinə görə 
dialekt və şivələri iki qrupa ayırmaq olar: Birinciyə şərq dialekt 
və şivələri daxildir ki, burada çoxhecalı sözlərin axırında g 
səsinə üstünlük verilir. İkinciyə qərb, şimal və cənub dialekt və 
şivələri daxildir ki, burada çoxhecalı sözlərin axırında x səsinə 
üstünlük verilir. Belə ki, k səsinin q səsi ilə əvəzlənməsi 
hadisəsinə Naxçıvan və Qazax dialektlərində təsadüf olunur. K 
səsinin g səsi ilə əvəzlənməsi hadisəsi isə daha çox cənub 
dialekti və şivələrinə aiddir. Heyvandarlıq termini gədək
“balaq, camış balası” deməkdir” [150,s.17]. Sözün dialektlərdə 
işlənən gedax (Kəlbəcər), gedeg (Quba), gedex' (Şəki), gedək 
(İsmayıllı, Qax, Ucar, Zərdab), gedəx' (Ağdam, Ağcabədi, 
Bərdə, Qazax), gədəy (Laçın) variasiyaları bütün hallarda 
“balaq, camış balası” mənasını bildirir [158,175]. 
k>g; K səsinin g səsi ilə əvəzlənməsi hadisəsi, 
ümumiyyətlə, Cənub dialekt və şivələrinə aiddir. Bu hadisəyə 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
38 
bir neçə sözdə qapalı e, ü saitlərindən və bəzən o səsindən 
əvvəl təsadüf olunur. Məsələn, bələkün dialekt sözü Bakıda 
“sarı çiçəkli yabanı ot” deməkdir. Sözün bələgün forması 
“Botanika terminləri lüğəti”ndə eyni mənada termindir 
[151,s.43],[159,39]. 
q>x; Çoxhecalı sözlərin axırında x səsinin işlənməsi 
Azərbaycanın qərb, şimal və cənub dialekt və şivələrində rast 
gəlinir. Məsələn, başlıq sözü xalçaçılıq terminləri lüğətində 
“xalçanın yuxarı və bəzən də aşağı hissəsində yazılan söz və ya 
sahibinin adı”, Quba qrupuna daxil olan “Xırdagül çiçi” 
xalçasının əsas elementi, Cənubi Azərbaycanın Mağara şə-
hərinin ətrafında yerləşən xalçaçılıq məntəqələrindən biridir. 
Sözün başdıx variantı isə Təbriz bölgəsində “əldətoxunan 
yaylıq” deməkdir [157,s.26],[150,s.42]. 
Bozax sözünün bozaq variantı Füzuli, Şəmkir, Tovuz 
bölgələrində “yerli qoyun cinsi”, Füzulidə “yemiş növü”, 
Ağdamda “quru ot” mənasında dialekt söz kimi işləkdir, bo-
tanika sahəsində sözün bozaq variantı “şoran torpaqlarda bitən 
birillik ot bitkisi” mənasında terminləşmişdir [151,s.60], 
[159,s.90]. Sözdə son hecaya düşən vurğunun nəticəsi olaraq 
q>x əvəzlənməsi baş vermişdir.  
Və ya boyaq>boyax’// bo:a; Boyaq dialekt sözü 
“kökündən qırmızı boya alınan “qızıl ot” adıdır [150,s.35]. 
Sözün boyax' variantı Cəbrayılda, bo:a variantı isə Xanlarda 
“qırmızı rəng almaq üçün işlədilən yabanı bitki adı” kimi 
işlənir. Termin kimi bu söz “birillik bitki” mənasını ifadə edir 
[150,s.59], [159,s.190]. 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin